Təhsil 365 - Logo Mobile

“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb

10306.05.2026 - 12:35
“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb

Yüksəliş” müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin Ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub.

Müsabiqənin işçi qrupundan “Tehsil365” ə bildirilib ki, iştirakçılar imtahan nəticələri ilə şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

Ümumi biliklər imtahanında iştirak edən 10 min 176 nəfərdən 8551-i Analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb. Qeyd edək ki, bu mərhələyə keçid üçün minimum 60 bal tələb olunub.

Növbəti mərhələyə keçən iştirakçıların 6250 nəfəri kişi, 2301 nəfəri isə qadındır. Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3385 nəfəri 21-30 yaş, 4362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaşaralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.

İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçı Bakı şəhəri üzrə qeydə alınıb. Paytaxtdan 4271 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.

Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.

Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, Analitik təhlil imtahanında iştirak hüququ qazananların 53.35 faizi dövlət sektorunda, 44.13 faizi özəl sektorda, 1.42 faizi qeyri-hökumət təşkilatlarında, 1.10 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.

Ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər mayın 6-16-da keçiriləcək “Profili tamamla” turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi çərçivəsində yalnız nəzəri biliklər deyil, eyni zamanda, analitik düşüncə, qərarvermə, məsuliyyət götürmə, komanda idarəetməsi və liderlik bacarıqları qiymətləndirilir. Müsabiqə qalibləri Mentorluq proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları əldə edərək peşəkar inkişaflarını davam etdirirlər.

Müsabiqədə iştirak etmək üçün namizədlər 21-51 yaş aralığında Azərbaycan Respublikasının vətəndaşı olmalı, ali təhsilə və minimum 2 illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 2025-ci il dekabrın 10-da müvafiq Sərəncam imzalanıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib06.05.2026 - 13:50
Tarix və Etnologiya İnstitutunda Azərbaycanın enerji infrastrukturunun tarixinə dair dəyirmi masa təşkil edilib06.05.2026 - 13:40
Süni intellekt tibdə yeni imkanlar yaradır06.05.2026 - 13:25
Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar – BMU-da təlim06.05.2026 - 13:10
BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində06.05.2026 - 13:00
TKT imtahanına qeydiyyat aparılır06.05.2026 - 12:50
“Azərbaycan dilinin inkişaf strategiyası: Heydər Əliyev zirvəsi” - elmi konfrans06.05.2026 - 12:00
Pedaqoq : “Şagirdlərdə dərsə marağın azalması ciddi problemə çevrilir”06.05.2026 - 09:55
ADU nümayəndələri şəhid Ziya Ağayevə həsr olunmuş anım tədbirində iştirak ediblər06.05.2026 - 09:47
Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür06.05.2026 - 09:35
“ADPU-2030” Strateji İnkişaf Planının icrasının monitorinqi və qiymətləndirilməsinə dair metodik çərçivə qəbul olunub06.05.2026 - 09:22
Bakı Dövlət Universitetində növbəti ixtisaslaşmış Karyera Sərgisi06.05.2026 - 09:07
İngilis dili müəllimləri üçün imtahan keçiriləcək06.05.2026 - 08:57
İnsanlar oyaqkən də “yuxu görür”- yeni araşdırma06.05.2026 - 08:46
BDU-da Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş06.05.2026 - 08:31
“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” IX Beynəlxalq elmi konfrans keçirilib06.05.2026 - 08:17
ADU tələbələri “Küləyə qalib gəl” marafonunda fəal iştirak ediblər06.05.2026 - 08:08
Frankofoniya Günlərinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib06.05.2026 - 07:58
Birinci sinifə qeydiyyat başlayır06.05.2026 - 07:45
Bu günə olan hava proqnozu 06.05.2026 - 07:33
Marmara Universitetində ispan dili üzrə beynəlxalq tədbir keçiriləcək06.05.2026 - 07:22
ADU-nun kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib06.05.2026 - 07:10
Bu ştatda 40 dəqiqəlik fasilə hüququ qanunla təsbit edilib06.05.2026 - 07:00
Şagirdlər süni intellekt siyasətinin hazırlanmasında iştirak edəcəklər06.05.2026 - 06:36
Müəllimlər niyə tükənir? Ekspertlər özünəqulluq anlayışına yenidən baxılmasını təklif edir06.05.2026 - 06:18
Birinci Qarabağ müharibəsi iştirakçısı Mehman Ələkbərovun xatirəsi yad edilir06.05.2026 - 06:00
Xalq artisti Arif Quliyevin xatirəsi yad edilir06.05.2026 - 05:42
Azərbaycan diplomatı Sima Eyvazovanın xatirəsi anılır06.05.2026 - 05:18
Akademik Rəfiqə Əliyevanın xatirəsi anılır06.05.2026 - 05:06
Xalq şairi Məmməd Rahimin xatirəsi yad edilir06.05.2026 - 04:54
Əməkdar artist Hicran Hüseynovun xatirəsi anılır06.05.2026 - 04:36
Xalq artisti Aleksandra Suvirovanın xatirəsi yad olunur06.05.2026 - 04:18
Azərbaycanın ilk maarifçi qadınlarından Hənifə Məlikova-Abayevanın xatirəsi anılır06.05.2026 - 04:00
Özbəkistan nümayəndə heyəti DOST Agentliyinin fəaliyyəti ilə tanış olub05.05.2026 - 19:54
Naxçıvanda ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə yanaşmalarına dair elmi təqdimatlar edilib05.05.2026 - 19:45
Şagird ABŞ-nin nüfuzlu ali məktəbinə qəbul olub 05.05.2026 - 19:36
Ədliyyə orqanlarına qəbul imtahanı keçiriləcək05.05.2026 - 19:28
2 mindən çox uşaq beynəlxalq tədqiqatda iştirak edib05.05.2026 - 19:21
Neft Fondundan Qarabağ tələbələrinə mentorluq dəstəyi05.05.2026 - 19:16
Hər 5 uşaqdan 4-ü rəqəmsal alətlərdən istifadə edir05.05.2026 - 19:08
Hava niyə bir gün isti, bir gün soyuq olur? - Ekoloqdan AÇIQLAMA05.05.2026 - 18:55
SDU-ya yeni rektor təyin edildi05.05.2026 - 18:54
LDU-da təhsil tələbə kreditləri ilə bağlı sessiya keçirilib05.05.2026 - 18:46
Məktəbdə 7 şagird qoğaldan zəhərlənib05.05.2026 - 18:38
Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir - Lənkəranda elmi seminar05.05.2026 - 18:32
GDU-da keçirilən olimpiadada 300-ə yaxın məktəbli biliyini sınayıb05.05.2026 - 18:24
WUF13 Festivalı Şəkidə: ADPU-nun Şəki filialında məlumatlandırma sessiyası05.05.2026 - 18:16