2 may 2026-cı il tarixində ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzində 58-ci Beynəlxalq Kimya Olimpiadasına (IChO2026) seçim imtahanı təşkil olunub.
“Tehsil365“ xəbər verir ki, seçim imtahanında ümumilikdə 21 nəfər şagird iştirak edib. Yekun nəticələrə əsasən ən yaxşı nəticə göstərən 4 nəfər şagird 58-ci Beynəlxalq Kimya Olimpiadasında milli komandanın üzvü olaraq iştirak etmək hüququ qazanıb.
Belə ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Yaqub Baratlı və həmin liseyin X sinif şagirdi Qurban Piriyev, Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin XI sinif şagirdi Elman Kərimli, həmçinin Sumqayıt şəhəri 23 nömrəli Texniki Fənlər Təmayüllü Liseyin XI sinif şagirdi Eşqin Səfərli olmaqla, ümumilikdə 4 nəfər şagird 10–19 iyul tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək 58-ci Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, 58-ci Beynəlxalq Kimya Olimpiadası 10-19 iyul tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcəkdir.

