Təhsil 365 - Logo Mobile

Naxçıvan Musiqi Kollecinin tələbəsi solo konsert verib

9606.05.2026 - 15:40
Naxçıvan Musiqi Kollecinin tələbəsi solo konsert verib

Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin “Fortepiano” ixtisası üzrə II kurs tələbəsi Fidan Əliyevanın Naxçıvan Dövlət Filarmoniyasının Simfonik Orkestrinin müşayiəti ilə “Musiqinin sərhədsiz dünyası” adlı solo konserti baş tutub.

“Tehsil365“
xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin dəstəyi, Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə keçirilib. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunan konsertdə universitetin professor-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova tədbiri giriş sözü ilə açaraq, Fidan Əliyevanın sənət fəaliyyəti və uğurları barədə ətraflı məlumat verib, əldə olunan nailiyyətlərdə təhsil mühitində onun üçün yaradılan imkanların əhəmiyyətindən bəhs edib.

Fikrət Əmirov və Elmira Nəzirovanın “Ərəb mövzularında Konsert” əsərinin  I hissəsi ilə başlayan proqram Cahangir Cahangirovun “Füzuli kontatası”nın II hissəsi, Fredrik Şopenin “İnqilabi etüd”, Abuzər Manafzadənin “Xocalıya” əsərləri, Sen-Sans “Dans Macabre” (ölüm rəqsi), Ferens List – “2 saylı rapsodiya”, İohannes Brams – “Brams in salsa” (macar rəqsi) və Fərhad Bədəlbəylinin “Dəniz” əsərləri ilə davam edib.

Sonda Fidan Əliyevaya gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub. NDU-nun rektoru Elbrus İsayev gənc istedadı yaddaqalan konserti üçün təbrik edib, ona gələcək sənət fəaliyyətində uğurlar arzulayıb.

Konsert proqramı dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, orkestrin bədii rəhbəri və dirijoru Prezident mükafatçısı Cahangir Qurbanov, konsertin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev, müəllim Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Təranə Hüseynovadır.

Mehriban İbadova

Xəbər Lenti

Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT06.05.2026 - 18:10
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00
48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir06.05.2026 - 17:55
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər06.05.2026 - 17:55
“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib06.05.2026 - 17:54
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər cəzalandırılacaq06.05.2026 - 17:50
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım06.05.2026 - 17:45
Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar06.05.2026 - 17:44
ADU-da Ulu Öndərin xatirəsi anılıb, tələbələrə YAP vəsiqələri təqdim edilib06.05.2026 - 17:36
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində06.05.2026 - 17:35
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”06.05.2026 - 17:32
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib06.05.2026 - 17:25
Müstəqil Azərbaycan dövlətinin qurucusu – Ümummilli Lider Heydər Əliyev06.05.2026 - 17:24
İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu06.05.2026 - 17:16
CNN-in qurucusu Ted Törner vəfat etdi06.05.2026 - 17:15
BDU-da tədbir: 1923-dən sonsuzluğa06.05.2026 - 17:06
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi06.05.2026 - 17:05
ADNSU və AZAL arasında əməkdaşlıq genişlənir06.05.2026 - 17:00
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib06.05.2026 - 16:55
BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib06.05.2026 - 16:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb06.05.2026 - 16:35
Firudin Qurbanov gələcəyin dənizçiləri ilə görüşüb06.05.2026 - 16:25
Xaricdə təhsil üzrə Dövlət Proqramına müraciət edənlərin nəzərinə06.05.2026 - 16:15
ATU-da beynəlxalq elmi konfrans keçirilib06.05.2026 - 16:05
SDU-nun yeni rektoru kollektivə təqdim olunub06.05.2026 - 16:00
Qarabağın 3 şagirdi RFO-nun qızıl medalçısı oldu06.05.2026 - 15:50
“Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir keçirilib06.05.2026 - 15:30
Kimya olimpiadası üzrə milli komanda müəyyənləşib06.05.2026 - 15:20
Altıncı “Yüksəliş” müsabiqəsinin ekspertlərinin seçim prosesi davam edir06.05.2026 - 15:10
Təzyiq və gözləntilər insanın performansına necə təsir edir? -Mirsadiq Muxtarov06.05.2026 - 15:00
Özbəkistanda Heydər Əliyevin xatirəsinə silsilə mədəni tədbirlər təşkil ediləcək06.05.2026 - 15:00
"Azərbaycan muğamı" layihəsi çərçivəsində növbəti konsert06.05.2026 - 14:40
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb06.05.2026 - 14:25
Pedaqoji Universitetin Şəki filialında WUF13-lə bağlı infosessiya06.05.2026 - 14:10
BDU İtaliyada keçirilən Avropa Universitetləri Sammitində təmsil olunur06.05.2026 - 14:00
Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib06.05.2026 - 13:50
Tarix və Etnologiya İnstitutunda Azərbaycanın enerji infrastrukturunun tarixinə dair dəyirmi masa təşkil edilib06.05.2026 - 13:40
Süni intellekt tibdə yeni imkanlar yaradır06.05.2026 - 13:25
Təhsildə inklüzivlik: prinsiplər və yanaşmalar – BMU-da təlim06.05.2026 - 13:10
BDU tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində istehsalat təcrübəsində06.05.2026 - 13:00
TKT imtahanına qeydiyyat aparılır06.05.2026 - 12:50
“Yüksəliş” müsabiqəsinin altıncı mövsümünün Ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb06.05.2026 - 12:35
“Azərbaycan dilinin inkişaf strategiyası: Heydər Əliyev zirvəsi” - elmi konfrans06.05.2026 - 12:00
Pedaqoq : “Şagirdlərdə dərsə marağın azalması ciddi problemə çevrilir”06.05.2026 - 09:55
ADU nümayəndələri şəhid Ziya Ağayevə həsr olunmuş anım tədbirində iştirak ediblər06.05.2026 - 09:47