Respublika fənn olimpiadalarının biologiya fənni üzrə nəticələri elan olunub.
“Tehsil365“ xəbər verir ki, Qarabağ RTİ-yə daxil olan ümumtəhsil məktəblərinin 3 şagirdi yüksək nəticə göstərərək qızıl medal qazanıb.
Qızıl medalçılar - Emin Həsənzadə Ağdam rayonu 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, Nail Muradov Bərdə rayonu Məhəmməd Məmmədov adına Qarağacı kənd tam orta ümumtəhsil məktəbinin və Ayxan Mehdizadə Bərdə şəhəri Nəriman Nərimanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdidir.

