“Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin Tərtərdə keçirilən rayon mərhələsinin qalibi məlum olub.
“Tehsil365" xəbər verir ki, Tərtər Olimpiya İdman Kompleksində keçirilən yarışda rayonun 18 tam orta məktəbinin komandaları iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib
Sonra komandalar müxtəlif mərhələlər üzrə yarışıblar. Mərhələlər üzrə toplanan xalların cəminə uyğun olaraq qalib komandalar müəyyənləşib.
Rayon birinciliyinin qalibi Azad Qaraqoyunlu kənd tam orta məktəbin komandası, eyni zamanda, yarışın zona mərhələsində iştirak etmək hüququ qazanıb. Tərtər şəhər 2 nömrəli məktəb-liseyin komandası və 1 nömrəli tam orta məktəbin komandası müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

