Təhsil 365 - Logo Mobile

ATU-da beynəlxalq elmi konfrans keçirilib

9706.05.2026 - 16:05
ATU-da beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru -  universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

“Tehsil365“ xəbər verir ki,bu barədə universitetdən məlumat verilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider  Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

ATU-nun rektoru Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib. O, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsinin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu istiqamətdə qəbul edilən strateji sənədlərin və təşəbbüslərin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, universitetdə son illər rəqəmsallaşma sahəsində mühüm addımlar atılıb. O ATU-da elektron tədris idarəetmə sisteminin tətbiqini, sənəd dövriyyəsinin rəqəmsallaşdırılmasını, imtahana hazırlıq portalını və süni intellekt əsaslı rəqəmsal təhsil bələdçisinin istifadəyə verilməsini misal gətirərək, bu istiqamətdə hədəflərin daha da genişləndirilməsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbərinin müavini Bəxtiyar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, Qazaxıstanın Kızılorda Bolaşak Universitetinin rektoru Gülcahan Snasapova, Özbəkistanın Buxara Dövlət Universitetinin rektoru Obicon Hamidov, Rumıniyanın İaşi Texniki Universitetinin prorektoru İrina Lungu, Macarıstanın Sopron Universitetinin prorektoru Ferens Lakatos çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.

Plenar iclas çərçivəsində “Azercosmos”un Süni İntellekt Bölməsinin rəhbəri Həmid Əskərovun, Türkiyənin Ege Universitetinin Biokimya kafedrasının müdiri Cenk Selcukinin, ATU-nun Avtomatika və informasiya texnologiyaları kafedrasının müdiri Rövşən Qasımovun, İnnovasiya Mərkəzinin direktoru Elnur Əhmədovun, İdarəetmə kafedrasının əməkdaşı, gənc tədqiqatçı İmran Əmiraslanovun elmi məruzələri dinlənilib. Daha sonra iki günlük konfrans 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirib.

Qeyd edək ki, tədbir 25 ölkə, 88 universitet, 22 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrin iştirakı ilə baş tutub. Konfrans materialları toplusuna 767 (154-ü xaricdən) tezis qəbul edilib.

Mehriban İbadova

Xəbər Lenti

“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı06.05.2026 - 19:24
Təhsil İnstitutu akkreditasiyadan keçib06.05.2026 - 19:16
Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 06.05.2026 - 19:08
Məktəb mühiti uşağın şəxsiyyətinə necə təsir edir? – Psixoloq açıqladı06.05.2026 - 19:02
Azərbaycanlı şagirdlərin kartı kosmosa göndəriləcək06.05.2026 - 19:00
Həmin imtahanın nəticələrinə inanmırıq – DİM sədri06.05.2026 - 18:55
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Qubada çıxış edib06.05.2026 - 18:54
Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq06.05.2026 - 18:50
Lənkəranda festival: “Çayımızın adı var”06.05.2026 - 18:46
Təhsil İnstitutu akkreditasiyadan keçdi06.05.2026 - 18:45
Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA06.05.2026 - 18:40
Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb06.05.2026 - 18:38
Azərbaycanda imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI06.05.2026 - 18:35
ADAU-nun mühəndis tələbələri elmi biliklərini nümayiş etdiriblər06.05.2026 - 18:33
Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?06.05.2026 - 18:30
Bu gündən uşaqların I sinfə qəbulu başlayır06.05.2026 - 18:25
WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası06.05.2026 - 18:24
Sabah hava necə olacaq?06.05.2026 - 18:20
Şəki Dövlət Dram Teatrı məktəbliləri yeni tamaşa ilə sevindirəcək06.05.2026 - 18:16
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var06.05.2026 - 18:15
Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT06.05.2026 - 18:10
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00
48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir06.05.2026 - 17:55
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər06.05.2026 - 17:55
“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib06.05.2026 - 17:54
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər cəzalandırılacaq06.05.2026 - 17:50
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım06.05.2026 - 17:45
Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar06.05.2026 - 17:44
ADU-da Ulu Öndərin xatirəsi anılıb, tələbələrə YAP vəsiqələri təqdim edilib06.05.2026 - 17:36
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində06.05.2026 - 17:35
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”06.05.2026 - 17:32
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib06.05.2026 - 17:25
Müstəqil Azərbaycan dövlətinin qurucusu – Ümummilli Lider Heydər Əliyev06.05.2026 - 17:24
İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu06.05.2026 - 17:16
CNN-in qurucusu Ted Törner vəfat etdi06.05.2026 - 17:15
BDU-da tədbir: 1923-dən sonsuzluğa06.05.2026 - 17:06
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi06.05.2026 - 17:05
ADNSU və AZAL arasında əməkdaşlıq genişlənir06.05.2026 - 17:00
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib06.05.2026 - 16:55
BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib06.05.2026 - 16:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb06.05.2026 - 16:35