“2022-2028 illər üçün Dövlət Proqramı”na sənəd qəbulu, habelə sənədlərdə tələb olunan düzəlişlərlə bağlı bildirişlərin göndərilməsi prosesi tam elektronlaşdırılmışdır və yalnız portal.edu.az platforması üzərindən həyata keçirilir.
“Tehsil365“ xəbər verir ki,bu barədə Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib.
Bildirilib ki, bu səbəbdən Dövlət Proqramı İdarəetmə Qrupunun yerləşdiyi ünvanda sənəd qəbulu üzrə əyani vətəndaş qəbulu həyata keçirilmir.
Sənədlərin yoxlanılması, düzəlişlər və əlavə suallarınızla bağlı yalnız [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamağınız xahiş olunur.
Müraciətləriniz ən qısa zamanda elektron qaydada cavablandırılacaqdır.

