Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Energetika və elektrik mühəndisliyi kafedrasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti konfransı keçirilib
“Tehsil365" xəbər verir ki, konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxışında tələbələrə uğurlar arzulayıb, konfransın gedişi ilə bağlı fikirlərini bölüşərək, gələcək elmi fəaliyyətlərində onlara öz tövsiyələrini verib.
Mühəndislik fakültəsinin dekanı Təvəkkül İslamov çıxış edərək konfransın əhəmiyyətindən danışıb, tələbələrə gələcək məruzələrində daha uğurlu nəticələr əldə etmələri üçün məsləhətlərini çatdırıb.
Həmçinin çıxış edən Energetika və elektrik mühəndisliyi kafedrasının müdiri, dosent Fəxrəddin Yusibov tələbələrə uğurlar arzulayıb.
Konfrans çərçivəsində 10 mövzu üzrə ümumilikdə 15 tələbənin məruzəsi dinlənilib. Tələbələrin çıxışlarından sonra professor-müəllim heyəti fikirlərini söyləyiblər.
Sonda konfransda çıxış edən bütün tələbələr sertifikat və təşəkkürnamələrlə təltif olunublar.

