Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Nəsirova Suriyə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” adlı Rəqəmsal İdeya Müsabiqəsində uğurla iştirak edib.
“Tehsil365“ xəbər verir ki, ölkə üzrə seçilən 120 gənc arasında Qəbələni və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən yeganə iştirakçı məhz tələbəmiz olub.
İnnovativ ideyalar və komanda işi əsasında keçirilən müsabiqədə fəallığı ilə seçilən tələbəmiz sertifikatla təltif olunub.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb
9606.05.2026 - 16:35

