Təhsil 365 - Logo Mobile

100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı

7606.05.2026 - 19:41
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı

Mayın 6-da “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbir çərçivəsində 100-ə yaxın gəncə Dövlət Proqramının təqdim etdiyi təhsil imkanları, qəbul şərtləri və karyera perspektivləri barədə ətraflı məlumat, eləcə də proqram məzunları tərəfindən təcrübələrinə əsaslanan tövsiyələr verilib.

“Tehsil365" xəbər verir ki, tədbir Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirin məqsədi əsas etibarilə 2026-2027-ci tədris ili üzrə Dövlət Proqramına müraciət etməyi planlaşdıran gənclərin proqramın qəbul şərtləri, seçim meyarları, Dövlət Proqramı çərçivəsində xaricdə təhsilin gənclərin karyera inkişafındakı rolu barədə ətraflı şəkildə məlumatlandırılması, eləcə də iştirakçıların bu istiqamətdə mövcud suallarının cavablandırılması olub.

Açılış mərasimində çıxış edən ASAP-ın sədri Milana Mir Feyzullazadə, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, ASAP-ın fəxri sədri Fariz İsmayılzadə, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor müavini Ceyhun Hüseynov və Dövlət Neft Fondunun Strateji layihələr departamentinin rəhbəri Əli Sultanlı Ümummilli Lider Heydər Əliyevin xaricdə təhsil ənənəsinin indi daha çox ölkələri, ixtisasları və istiqamətləri əhatə etməsi, hər il yüzlərlə azərbaycanlı gəncin Dövlət Proqramı ilə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması, eləcə də xaricdə təhsil alan gənclərin karyera və şəxsi inkişafı, şəbəkələşməsi istiqamətində ASAP-ın rolu barədə danışıblar.

Rəsmi hissənin ardınca baş tutan panel müzakirədə Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri Vüsalə Niftəliyeva və Aynura Xudaverdiyeva, həmçinin Dövlət Proqramı məzunları - Böyük Britaniyanın Oksford Universitetində dövlət siyasəti ixtisası üzrə magistr dərəcəsi almış Şəbnəm Tağıyeva, Finlandiyanın “University of Eastern Finland” ali təhsil müəssisəsində insan coğrafiyası ixtisası üzrə doktorantura təhsili almış Firuz Süleymanov iştirak ediblər.

Panel çərçivəsində Dövlət Proqramının təqdim etdiyi imkanlar, müraciət prosesi və proqramın məzunlar üçün yaratdığı karyera perspektivləri müzakirə olunub və suallar cavablandırılıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı06.05.2026 - 19:24
Təhsil İnstitutu akkreditasiyadan keçib06.05.2026 - 19:16
Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 06.05.2026 - 19:08
Məktəb mühiti uşağın şəxsiyyətinə necə təsir edir? – Psixoloq açıqladı06.05.2026 - 19:02
Azərbaycanlı şagirdlərin kartı kosmosa göndəriləcək06.05.2026 - 19:00
Həmin imtahanın nəticələrinə inanmırıq – DİM sədri06.05.2026 - 18:55
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Qubada çıxış edib06.05.2026 - 18:54
Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq06.05.2026 - 18:50
Lənkəranda festival: “Çayımızın adı var”06.05.2026 - 18:46
Təhsil İnstitutu akkreditasiyadan keçdi06.05.2026 - 18:45
Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA06.05.2026 - 18:40
Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb06.05.2026 - 18:38
Azərbaycanda imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI06.05.2026 - 18:35
ADAU-nun mühəndis tələbələri elmi biliklərini nümayiş etdiriblər06.05.2026 - 18:33
Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?06.05.2026 - 18:30
Bu gündən uşaqların I sinfə qəbulu başlayır06.05.2026 - 18:25
WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası06.05.2026 - 18:24
Sabah hava necə olacaq?06.05.2026 - 18:20
Şəki Dövlət Dram Teatrı məktəbliləri yeni tamaşa ilə sevindirəcək06.05.2026 - 18:16
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var06.05.2026 - 18:15
Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT06.05.2026 - 18:10
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00
48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir06.05.2026 - 17:55
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər06.05.2026 - 17:55
“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib06.05.2026 - 17:54
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər cəzalandırılacaq06.05.2026 - 17:50
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım06.05.2026 - 17:45
Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar06.05.2026 - 17:44
ADU-da Ulu Öndərin xatirəsi anılıb, tələbələrə YAP vəsiqələri təqdim edilib06.05.2026 - 17:36
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində06.05.2026 - 17:35
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”06.05.2026 - 17:32
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib06.05.2026 - 17:25
Müstəqil Azərbaycan dövlətinin qurucusu – Ümummilli Lider Heydər Əliyev06.05.2026 - 17:24
İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu06.05.2026 - 17:16
CNN-in qurucusu Ted Törner vəfat etdi06.05.2026 - 17:15
BDU-da tədbir: 1923-dən sonsuzluğa06.05.2026 - 17:06
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi06.05.2026 - 17:05
ADNSU və AZAL arasında əməkdaşlıq genişlənir06.05.2026 - 17:00
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib06.05.2026 - 16:55
BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib06.05.2026 - 16:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb06.05.2026 - 16:35