Təhsil 365 - Logo Mobile

Təzyiq və gözləntilər insanın performansına necə təsir edir? -Mirsadiq Muxtarov

15506.05.2026 - 15:00
Təzyiq və gözləntilər insanın performansına necə təsir edir? -Mirsadiq Muxtarov

“Təzyiq və gözləntilər insanların performansına fərqli formalarda təsir göstərə bilir. Bu təsirin formalaşması isə bir sıra amillərdən, yəni təzyiqin səviyyəsindən, insanın fərdi xüsusiyyətlərindən, psixoloji dayanıqlığından və situasiyanın xüsusiyyətlərindən asılıdır.”

Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Mirsadiq Muxtarov bildirib.

“Psixologiyada bu mövzu Yerkes-Dodson qanunu ilə izah olunur. Bu qanuna görə, orta səviyyəli təzyiq və ya stress insanın diqqətini artırır, motivasiyanı gücləndirir və nəticədə performansı yüksəldə bilir. Yəni müəyyən qədər gözlənti və məsuliyyət hissi insanı daha fokuslu və məqsədyönlü edir. Məsələn, çox vacib bir təqdimat və ya imtahan öncəsi hiss olunan həyəcan və gərginlik, çox zaman hazırlığın daha ciddi aparılmasına, şəxsin daha məsuliyyətli olmasına səbəb ola bilir. Buna baxmayaraq, insan üzərində təzyiq həddindən artıq olduqda da faydalı təsir göstərməyə, əksinə performansı daha da zəiflədə və mənfi nəticələrə səbəb ola bilər. Güclü stress hallarında insanın diqqəti dağılır, qərarvermə çətinləşir, yaddaş və konsentrasiya zəifləyir. Bu zaman isə şəxsin özünə inamsızlığının artması və performansın kəskin aşağı düşməsi müşahidə olunur. Xüsusilə yüksək gözləntilərin olduğu mühitlərdə insanların səhv etmək qorxusu onların performansını ciddi şəkildə zəiflədə bilir. Bu məsələdə mühüm məqamlardan biri gözləntilərin mənbəyidir. Xarici gözləntilər (yəni, ailə, iş mühiti, cəmiyyət) ilə daxili gözləntilər (yəni, insanın özünə qoyduğu standartlar) fərqli təsirlər yarada bilər. Daxili motivasiya ilə formalaşan realist gözləntilər adətən daha sağlam və davamlı performans yarada bilir. Əksinə, qeyri-real və ya həddindən artıq yüksək standartlar isə insanı tükənməyə, xroniki stressə və hətta emosional tükənmişliyə gətirib çıxara bilir. Fərdi fərqlər də burada mühüm rol oynayır. Bəzi insanlar təzyiq altında daha yaxşı performans göstərdiyi halda, digərləri isə daha tez tükənə bilir.”

“Dediklərimizi ümumiləşdirsək, təzyiq və gözləntilər insan performansına təsir edən neytral amillərdir və onların nəticəsi əsasən necə idarə olunmasından asılıdır. Optimal səviyyədə olan təzyiq insanın potensialını üzə çıxarmağa, motivasiyanı və inkişafı artırmağa və kömək edir. Bu hədd aşıldıqda isə eyni amillər əks təsir göstərərək həm psixoloji rifahı, həm də həyat keyfiyyətini zəiflədə bilir. Ona görə də, bu amillərin düzgün idarə olunması insanın həm psixoloji sağlamlığını qorumağa, həm də daha effektiv performans göstərməsinə imkan yaradır.”

Zəhra Əliyeva

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58