Təhsil 365 - Logo Mobile

Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA

8806.05.2026 - 18:40
Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA

Bakı şəhərində fəaliyyət göstərən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində vərəm xəstəliyinə yoluxma halları ilə bağlı iddialar yayılıb.

Tehsil365” xəbər verir ki, sözügedən təhsil müəssisəsində bir neçə tələbədə vərəm şübhəsi qeydə alınıb və bu səbəbdən tədrisin müvəqqəti dayandırıldığı bildirilir.

Tələbələr tibbi müayinələrdən və analizlərdən keçmək üçün müvafiq tibb müəssisələrinə yönləndirilib.

Oxşar vəziyyətin 5 nömrəli Bakı Peşə Məktəbində də müşahidə olunduğu iddia edilir. Bildirilir ki, həmin təhsil ocağında da vərəm şübhəsi olan tələbələr aşkar edilib və onlar da tibbi yoxlanışlara cəlb olunublar.

Rəsmi qurumlardan hələlik məsələ ilə bağlı açıqlama verilməyib. Tədrisin dayandırılması isə həm tələbələr, həm də valideynlər arasında narahatlıq və müzakirələrə səbəb olub.

Bizim.Media mövzuyla əlaqədar Peşə Təhsili üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Agentliyin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun böyük məsləhətçisi Həvva Gözəlova peşə təhsil müəssisələrinin bağlanmasıyla bağlı iddianı təkzib edərək tədrisin davam etdiyini bildirib.

“Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və 5 nömrəli Bakı Peşə Məktəbi ilə bağlı yayılan iddialar aidiyyəti dövlət orqanları tərəfindən araşdırılır.

Bildiririk ki, tədrisin müvəqqəti dayandırılması yalnız müvafiq qurumların qərarları əsasında, tələbələrin sağlamlığı və təhlükəsizliyi nəzərə alınmaqla həyata keçirilir.

Müəssisələrdə sanitar-epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır və zəruri profilaktik tədbirlər görülür”, - deyə verilən açıqlamada qeyd edilib.

Qeyd edək ki, agentliyin verdiyi açıqlamada tədrisin dayandırıldığı inkar edilsə də, valideynlərin və tələbələrin saytımıza verdiyi məlumata görə Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris 1 aydan çoxdur ki, dayandırılıb.

Müəssisənin pedaqoji heyəti, tələbələri yoxlanışlara göndəriliblər, hazırda isə məktəbdə dezinfeksiya işləri aparılır.

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul elan olunub17.08.2026 - 15:48
Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur?17.08.2026 - 15:37
Türkiyə-Azərbaycan Universitetinin 7 tələbəsi yay təcrübə proqramına göndərilib17.08.2026 - 15:33
Kitabxanalarda hansı YENİLİKLƏR GÖZLƏNİLİR? - FOTO17.08.2026 - 15:28
Rektor: BMU-nun ikili diplom proqramları tələbələrin əmək bazarının tələblərinə uyğun bilik qazanmalarına xidmət edir17.08.2026 - 15:25
690 nəfər imtahansız ali məktəbə QƏBUL OLDU17.08.2026 - 15:18
Gürcüstanda azərbaycandilli məktəblərin ibtidai sinif müəllimləri üçün təlim proqramı hazırlanıb17.08.2026 - 15:14
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır17.08.2026 - 15:09
Kolleclərə qeydiyyat prosesinə başlanılır17.08.2026 - 15:05
Bakıda iki məktəb direktoru vəzifədən azad olunub17.08.2026 - 14:39
"Bu da özlüyündə abituriyent sayının artmasına gətirib çıxarır"-Təhsil Eksperti Elçin Muradov17.08.2026 - 05:58
Bu gün hava necə olacaq?17.08.2026 - 05:26
Tarixdə bu gün: Maykl Felps bir Olimpiya oyunlarında 8 qızıl medal qazanan ilk idmançı oldu.17.08.2026 - 04:55
Sertifikasiyanın müsahibəsinə az qaldı - müəllimlərdən nələr soruşulacaq?17.08.2026 - 04:31
90 illik fizika sirrində mühüm addım17.08.2026 - 04:25
Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub17.08.2026 - 04:12
Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar17.08.2026 - 04:02
Süni intellekt təhsildə inqilab edir: Standart dərs modeli tarixə qovuşur?16.08.2026 - 05:58
Pekində keçiriləcək yarışda 2 mindən çox insanabənzər robot iştirak edəcək16.08.2026 - 05:23
Bu gün 35 dərəcə isti olacaq16.08.2026 - 05:01
Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə16.08.2026 - 04:48
Tarixdə bu gün: Useyn Bolt Berlində keçirilən Dünya Atletika Çempionatında 100 metr məsafəyə qaçışda dünya rekordunu yenilədi16.08.2026 - 04:29
Bu regionda 168 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib16.08.2026 - 04:14
Şəki-Zaqatala RTİ-də 144 məzun 600 baldan yuxarı nəticə göstərib16.08.2026 - 04:02
7 Azərbaycan vətəndaşı Rumıniyada təqaüdlə təhsil alacaq15.08.2026 - 16:20
Tibb üzrə ekspert Rasif Bağırov: “Siniflərdəki həddindən artıq sıxlıq epidemioloji vəziyyəti pisləşdirir”15.08.2026 - 16:05
Nəqliyyat eksperti-Adil Nəbiyev: “Tələbəyə verilən nəqliyyat güzəşti bütövlükdə şəhərin nəqliyyat sisteminə qoyulan investisiyadır”15.08.2026 - 15:34
Şəki-Zaqatala RTİ-də 144 məzun 600 baldan yuxarı nəticə göstərib15.08.2026 - 15:30
Tikinti eksperti-Samir Nəbiyev: “Təhlükəsizlik sertifikatı sadəcə sənəd deyil, materialın faktiki xüsusiyyətləri təsdiqlənməlidir”15.08.2026 - 15:27
Psixoloq-Mirsadiq Muxtarov: “İmtahan stressini yalnız imtahanın özü ilə əlaqələndirmək düzgün olmaz”15.08.2026 - 15:17
Deputatın oğlu dünyanın 1 nömrəli universitetinə qəbul olundu 15.08.2026 - 11:00
Qlobal təhsil böhranı Azərbaycan üçün fürsətə çevrilə bilər – REKTOR15.08.2026 - 10:55
“Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişləri yekunlaşır15.08.2026 - 10:50
Təhsildə Sİ inqilabı: Ənənəvi dərs modeli dəyişir? 15.08.2026 - 10:45
“Dini mövzu sadə TikTok və Instagram mövzusu deyil” – İlahiyyatçı Hacı Təyyar Hüseynli15.08.2026 - 10:40
Rus dilində türk dünyasının mədəni dialoqu15.08.2026 - 10:35
Bakıda yeni konsert məkanı açıldı – Ulduzlu səma altında klassik musiqi15.08.2026 - 10:30
Alimlər beyində yeni yaddaş mexanizmi aşkarladılar15.08.2026 - 10:25
Azərbaycan mədəniyyəti Fransada beynəlxalq folklor festivalında təqdim olundu15.08.2026 - 10:20
Azərbaycan Vikipediyasında YENİLİK: Süni intellekt əsaslı alət hazırlandı15.08.2026 - 10:15
II ixtisas qrupunda plan yerlərinin sayı AÇIQLANDI15.08.2026 - 10:10
II qrupda 600+ bal toplayanların sayı bəlli oldu – DİM15.08.2026 - 10:05
Sabaha olan hava proqnozu15.08.2026 - 10:00
ABŞ-də tələbələrin təhsil xərclərinə güzəşt tətbiq ediləcək15.08.2026 - 09:55
Dövlət qulluqçuları üçün təlim təşkil olunub15.08.2026 - 09:50
9-cu siniflərdə xarici dil üzrə ən yüksək nəticə göstərən məktəblər – SİYAHI15.08.2026 - 09:45
Bakıda və bəzi bölgələrdə külək güclənəcək15.08.2026 - 09:40
Peşə təhsilinə qəbulun nəticələri AÇIQLANDI – 24 mindən çox namizəd keçdi15.08.2026 - 09:35