Azərbaycan Dillər Universitetinin (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası tərəfindən 2025–2026-cı tədris ilinin II semestrini əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət planına əsasən mayın 4-də maarifləndirici tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının təşəbbüsü və kafedranın baş müəllimi Aygün Kərimovanın İngilis və alman dilləri fakültəsinin 307 A qrup tələbələri ilə birgə hazırladığı “Narkomaniyaya yox deyək” adlı mövzuya həsr olunub.
Tədbirdə kafedra müdiri dos. S.X. Zamanova, dekan müavinləri, kafedra əməkdaşları, həmçinin İngilis və fransız dilləri fakültəsinin 325-ci qrup tələbələri iştirak ediblər.
Tələbələr- J. Abbasova, X. Baxşıyeva, X. Dadaşzadə, F. Mustafayeva, A. Ağazadə, S. Quliyeva, R. Haciyeva, L. İbrahimli, S. Məmmədli, N. Manaflı, Z. Məmmədova, M. Mehriban, F. Hüseynova, T. Səfərova tərəfindən tələbələrdən mövzuya dair götürülən müsahibələr, hazırladıqları xüsusi səhnəciklər, həmçinin videofilm təqdim olunub. Eyni zamanda mövzu ətrafında müxtəlif səpgidə maarifləndirici çıxışlar təqdim olunub.

