Təhsil 365 - Logo Mobile

Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq

7906.05.2026 - 18:50
Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, növbəti tədris ilindən etibarən 9 və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrində fiziki tərbiyə istiqaməti üzrə kadr hazırlığı aparılmayacaq.

Maraqlıdır, əmək bazarında artıq tələbatın azaldığı və gələcəkdə də ehtiyac duyulmayacaq digər hansı ixtisaslar kolleclərdə, eləcə də universitetlərdə mərhələli şəkildə ixtisar olunmalı və ya qəbul dayandırılmalıdır?

Tehsil365” xəbər verir ki, ,mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndi xatırladıb ki, bundan əvvəl ibtidai sinif müəllimliyi, texnologiya müəllimliyi və xarici dil müəllimliyi kimi ixtisaslar kolleclərdə mövcud olub.

"Son illərdə bu ixtisaslar mərhələli şəkildə orta ixtisas təhsili müəssisələrindən çıxarılıb. Hazırda kolleclərdə pedaqoji istiqamətdə yalnız məktəbəqədər təhsil ixtisası qalır. Yaxın illərdə bu ixtisasın da kolleclərdən ləğv edilərək yalnız ali təhsil müəssisələrində tədrisinin həyata keçirilməsi gözlənilir. Bu yanaşma qlobal təhsil tendensiyalarına əsaslanır. İnkişaf etmiş ölkələrdə pedaqoji kadr hazırlığı əsasən ali təhsil səviyyəsində həyata keçirilir. Azərbaycanda da bu istiqamətdə vahid yanaşmanın formalaşdırılması, müəllim hazırlığının keyfiyyətinin artırılması məqsədilə ali təhsil müəssisələrinin rolu ön plana çəkilir".

Ekspert blildirib ki, istisna hallarda orta ixtisas təhsili müəssisələrini bitirən şəxslər fərdi inkişaf hesabına müəyyən nailiyyətlər əldə edə bilirlər:

"Bununla yanaşı, pedaqoji kadr hazırlığında ali təhsil səviyyəsinin üstün tutulması əsas yanaşma kimi qəbul olunur. 2026/2027-ci tədris ili üçün ixtisas siyahısına yeni istiqamətin əlavə olunması nəzərdə tutulur. Bu, l ixtisas qrupuna daxil edilən “Daşınmaz əmlakın idarə olunması” ixtisasıdır. Digər ixtisaslar isə əsasən dəyişməz olaraq qalır.

Əmək bazarında tələbatın az olduğu ixtisaslar üzrə plan yerlərinin mərhələli şəkildə azaldılması istiqamətində yanaşma mövcuddur. Bu istiqamətlərə "Muzey, arxiv işi və abidələrin qorunması", eləcə də bəzi tərcümə ixtisasları, xüsusilə ingilis dili üzrə tərcüməçilik daxildir".

O həmçinin vurğulayıb ki, əhalinin təbii artım tempinin azalması fonunda şagird sayında azalma müşahidə olunur:

"Bu amil gələcəkdə bəzi pedaqoji ixtisaslar üzrə plan yerlərinin azaldılması ehtimalını artırır".

E.Əfəndi eyni zamanda Azərbaycanın təhsil sistemində kolleclərin inkişafına ehtiyac olduğunu da diqqətə çatdırıb:

"Mövcud kolleclərdə təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atılması, yeni rəhbər təyinatları, proqramların yenilənməsi və əmək bazarına uyğun ixtisasların saxlanılması gözlənilən istiqamətlərdəndir. İxtisas seçimi əmək bazarının real tələblərinə uyğunlaşdırılır. İnformasiya texnologiyaları, səhiyyə, maliyyə, iqtisadiyyat, kənd təsərrüfatı, mühəndislik, neft-qaz və kimya sahələri prioritet istiqamətlər hesab olunur. Turizm, sosial iş və bəzi humanitar istiqamətlər üzrə məzunların iş tapmaq imkanları məhduddur. Bu səbəbdən praktik yönümlü ixtisaslara və peşə təhsilinə üstünlük verilməsi daha məqsədəuyğun hesab olunur".

Fatimə Cəfərzadə

Xəbər Lenti

“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı06.05.2026 - 19:24
Təhsil İnstitutu akkreditasiyadan keçib06.05.2026 - 19:16
Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 06.05.2026 - 19:08
Məktəb mühiti uşağın şəxsiyyətinə necə təsir edir? – Psixoloq açıqladı06.05.2026 - 19:02
Azərbaycanlı şagirdlərin kartı kosmosa göndəriləcək06.05.2026 - 19:00
Həmin imtahanın nəticələrinə inanmırıq – DİM sədri06.05.2026 - 18:55
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Qubada çıxış edib06.05.2026 - 18:54
Lənkəranda festival: “Çayımızın adı var”06.05.2026 - 18:46
Təhsil İnstitutu akkreditasiyadan keçdi06.05.2026 - 18:45
Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA06.05.2026 - 18:40
Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb06.05.2026 - 18:38
Azərbaycanda imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI06.05.2026 - 18:35
ADAU-nun mühəndis tələbələri elmi biliklərini nümayiş etdiriblər06.05.2026 - 18:33
Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?06.05.2026 - 18:30
Bu gündən uşaqların I sinfə qəbulu başlayır06.05.2026 - 18:25
WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası06.05.2026 - 18:24
Sabah hava necə olacaq?06.05.2026 - 18:20
Şəki Dövlət Dram Teatrı məktəbliləri yeni tamaşa ilə sevindirəcək06.05.2026 - 18:16
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var06.05.2026 - 18:15
Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT06.05.2026 - 18:10
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00
"ULTRA Technologies" ilə "Intellica Consulting" analitika və intellektual texnologiyalar sahəsində strateji tərəfdaşlıq elan etdilər06.05.2026 - 17:55
48 il sonra Azərbaycan filmi tapıldı - Fazil Salayevin kinoda son işidir06.05.2026 - 17:55
“Şahin” hərbi-idman oyununun Tərtər rayonu üzrə qalibi müəyyənləşib06.05.2026 - 17:54
Bu ölkədə məktəbdə zorakılıq edən şagirdlər cəzalandırılacaq06.05.2026 - 17:50
"Günəşdə təmir gedir, sağ tərəfdən uçun" - Astronomlardan maraqlı paylaşım06.05.2026 - 17:45
Tələbələr ədliyyə orqanlarında karyera imkanları barədə məlumatlandırılıblar06.05.2026 - 17:44
ADU-da Ulu Öndərin xatirəsi anılıb, tələbələrə YAP vəsiqələri təqdim edilib06.05.2026 - 17:36
"AzInTelecom" "GITEX AI 2026" qlobal müzakirələrində06.05.2026 - 17:35
Nabat Mirzəyeva: “Stres zamanı beynin emosional və rasional sistemləri arasında çaxnaşma yaranır”06.05.2026 - 17:32
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib06.05.2026 - 17:25
Müstəqil Azərbaycan dövlətinin qurucusu – Ümummilli Lider Heydər Əliyev06.05.2026 - 17:24
İslam İnkişaf Bankı Qrupunun gənclər üçün tanıtım turu06.05.2026 - 17:16
CNN-in qurucusu Ted Törner vəfat etdi06.05.2026 - 17:15
BDU-da tədbir: 1923-dən sonsuzluğa06.05.2026 - 17:06
“Avropa Universitetlərinin Sammiti”ndə Azərbaycan təcrübəsi06.05.2026 - 17:05
ADNSU və AZAL arasında əməkdaşlıq genişlənir06.05.2026 - 17:00
BSU-da Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib06.05.2026 - 16:55
BANM-in 11 proqramı beynəlxalq akkreditasiyadan keçib06.05.2026 - 16:45
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi uğur qazanıb06.05.2026 - 16:35