Təhsil 365 - Logo Mobile

BDU-da tədbir: “1923-dən sonsuzluğa”

8207.05.2026 - 07:47
BDU-da tədbir: “1923-dən sonsuzluğa”

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi və Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “1923-dən sonsuzluğa” adlı tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki,əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. O bildirib ki, 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb.

İbrahim Zeynalov Ümummilli Liderin BDU-nun ən böyük məzunu olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin Universitetdə təhsil illəri, habelə sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin mühüm bir mərhələsini təşkil edir. Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi xüsusilə gənc nəsil üçün böyük əhəmiyyət daşıyır. Tələbələr bu irsdən bəhrələnərək milli dəyərlərə bağlı, vətənpərvər və yüksək intellektli vətəndaşlar kimi formalaşmalıdırlar. Dekan bildirib ki, Tarix fakültəsində Ulu Öndərin həyat və fəaliyyətinin tədqiqinə xüsusi diqqət yetirilir, bu istiqamətdə mütəmadi elmi və maarifləndirici tədbirlər həyata keçirilir.

Daha sonra TAİB-in sədr müavini, İdarə Heyətinin üzvü Eyvaz Hünbətov Ümummilli Lider Heydər Əliyevin zəngin mənəvi dünyası, yüksək liderlik keyfiyyətləri və dövlətçilik prinsiplərindən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli kimliyinin qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək nəsillərə güclü dövlətin miras qoyulması istiqamətində misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar məhz Ulu Öndərin müəyyən etdiyi strateji kursun nəticəsidir. Gənclər bu zəngin irsdən bəhrələnərək dövlətçilik ənənələrini yaşatmalı və inkişaf etdirməlidirlər.

Tədbirin bədii hissəsində Tarix fakültəsinin tələbələri çıxış ediblər.

Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib07.05.2026 - 08:37
Sinqapur məktəblərində bulinqə görə yeni cəza tədbiri qəbul edilib07.05.2026 - 08:25
BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada 07.05.2026 - 08:12
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb07.05.2026 - 07:57
“Əbədiliyə uzanan yol”07.05.2026 - 07:34
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib07.05.2026 - 07:21
ADU tələbələri Təhsil Muzeyində tədris-ekskursiyada olublar07.05.2026 - 07:11
Tehran Kommünikesi imzalanıb – Qarabağ münaqişəsində sülh təşəbbüsü07.05.2026 - 07:00
Zaqatalada 6.5 bal gücündə zəlzələ qeydə alındı07.05.2026 - 06:36
Bakı Kristal Zalının açılışı paytaxtın mədəni həyatında yeni mərhələ yaratdı07.05.2026 - 06:18
Xalq şairi Musa Yaqub poeziyamızda dərin iz qoyub07.05.2026 - 06:00
Yazıçı Hamlet Qoca zəngin ədəbi irsi ilə xatırlanır07.05.2026 - 05:42
İlk qadın teatr rəssamlarından Bədurə Əfqanlı sənət irsi ilə yad edilir07.05.2026 - 05:18
Xalq artisti Muxtar Dadaşov Azərbaycan kinosunun yadda qalan simalarındandır07.05.2026 - 05:06
Şair və ictimai xadim Ənvər Əlibəyli ədəbi irsi ilə xatırlanır07.05.2026 - 04:54
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə – hərbi xidmətin zirvəsində07.05.2026 - 04:36
Xalq artisti Mədinə Əliyeva – Azərbaycan xoreoqrafiya sənətinin parlaq siması07.05.2026 - 04:18
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi – Cəbrayıl Əzimov07.05.2026 - 04:00
“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28
Kimya üzrə 4 şagird beynəlxalq olimpiadaya vəsiqə qazandı06.05.2026 - 19:24
Təhsil İnstitutu akkreditasiyadan keçib06.05.2026 - 19:16
Bu regionun şagirdləri RFO-dan 41 medal qazanıb 06.05.2026 - 19:08
Məktəb mühiti uşağın şəxsiyyətinə necə təsir edir? – Psixoloq açıqladı06.05.2026 - 19:02
Azərbaycanlı şagirdlərin kartı kosmosa göndəriləcək06.05.2026 - 19:00
Həmin imtahanın nəticələrinə inanmırıq – DİM sədri06.05.2026 - 18:55
Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Qubada çıxış edib06.05.2026 - 18:54
Müəllimlərə pis xəbər: pedaqoji ixtisasların sayı azaldılacaq06.05.2026 - 18:50
Lənkəranda festival: “Çayımızın adı var”06.05.2026 - 18:46
Təhsil İnstitutu akkreditasiyadan keçdi06.05.2026 - 18:45
Bakının iki peşə məktəbində vərəmə yoluxma — RƏSMİ AÇIQLAMA06.05.2026 - 18:40
Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb06.05.2026 - 18:38
Azərbaycanda imtahan sistemi DƏYİŞİR? - Məleykə Abbaszadə AÇIQLADI06.05.2026 - 18:35
ADAU-nun mühəndis tələbələri elmi biliklərini nümayiş etdiriblər06.05.2026 - 18:33
Dəri sağlamlığı üçün ətir necə istifadə olunmalıdır?06.05.2026 - 18:30
Bu gündən uşaqların I sinfə qəbulu başlayır06.05.2026 - 18:25
WUF13 Festivalı Mingəçevirdə: MDU-da məlumatlandırma sessiyası06.05.2026 - 18:24
Sabah hava necə olacaq?06.05.2026 - 18:20
Şəki Dövlət Dram Teatrı məktəbliləri yeni tamaşa ilə sevindirəcək06.05.2026 - 18:16
13 yaşlı məktəblidən qətliam: Ölənlər və yaralılar var06.05.2026 - 18:15
Mələkə Abbaszadədən valideynlərə MÜRACİƏT06.05.2026 - 18:10
“Dövlət idarəçiliyində innovativ texnologiyalar” mövzusunda təlim proqramı başa çatıb06.05.2026 - 18:08
Uşaqlara qarşı zorakılıq və dilənçiliyə məcburetmə hallarına görə cərimələr təsdiqlənib06.05.2026 - 18:05
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaq06.05.2026 - 18:00