Təhsil 365 - Logo Mobile

BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

10207.05.2026 - 12:40
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Universitetdən “Tehsil365” ə bildirilib ki, tədbirdə Milli Məclisin deputatları, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib. Ardınca görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub.

BMU-nun rektoru Yaqub Piriyev çıxışında bildirib ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. O, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlanıb, xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda, vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, milli birlik prinsipinə söykənən mükəmməl idarəçilik modeli idi. Qeyd olunub ki, bu siyasi irs yalnız Azərbaycanın bugünkü inkişafının deyil, gələcək uğurlarının da əsasını təşkil edir.

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında qeyd edib ki, müasir və qüdrətli Azərbaycanın təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O vurğulayıb ki, siyasi məktəb və davamlı dövlətçilik strategiyası yaratmaq hər liderə nəsib olmur. Heydər Əliyev ilə öz fəaliyyəti ilə xalqın milli maraqlarını qoruyan, dövlətin gələcəyini müəyyənləşdirən möhkəm siyasi irs formalaşdırmağa müvəffəq olub.

Daha sonra deputatlar Vüqar Rəhimzadə, Rizvan Nəbiyev və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin ölkənin iqtisadi inkişafı, milli hərbi kadrların hazırlanması, uğurlu xarici siyasət kursunun formalaşdırılması istiqamətindəki xidmətlərindən bəhs olunub. Bildirilib ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan böyük hərbi Zəfərə imza atıb, regionda yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Çıxışlarda vurğulanıb ki, xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə və siyasi irsinə duyduğu ehtiyac zaman keçdikcə daha aydın hiss olunur. Natiqlər qeyd ediblər ki, Azərbaycanın bu gün əldə etdiyi bütün mühüm nailiyyətlərin əsasında məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Dahi şəxsiyyətlər öz əməlləri, ideyaları ilə yaşayırlar, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında, milli düşüncəsində və tarixində daim var olacaqdır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib

Zəhra Əliyeva

Xəbər Lenti

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub07.05.2026 - 13:25
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər07.05.2026 - 13:00
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55
BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı süni intellektə həsr olunub07.05.2026 - 12:25
AMEA ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq07.05.2026 - 12:10
ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb07.05.2026 - 12:00
Gənclər arasında yuxu problemləri artır: gecə rejimi sağlamlığa necə təsir edir?07.05.2026 - 09:56
Bazar günü qəbul imtahanı üzrə sınaq imtahanı keçiriləcək07.05.2026 - 09:28
Bu günə olan hava proqnozu 07.05.2026 - 09:15
ADU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib07.05.2026 - 09:03
ADU-da “Zərif ürək, məğrur qadın” adlı dəyirmi masa keçirilib07.05.2026 - 08:50
Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib07.05.2026 - 08:37
Sinqapur məktəblərində bulinqə görə yeni cəza tədbiri qəbul edilib07.05.2026 - 08:25
BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada 07.05.2026 - 08:12
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb07.05.2026 - 07:57
BDU-da tədbir: “1923-dən sonsuzluğa”07.05.2026 - 07:47
“Əbədiliyə uzanan yol”07.05.2026 - 07:34
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib07.05.2026 - 07:21
ADU tələbələri Təhsil Muzeyində tədris-ekskursiyada olublar07.05.2026 - 07:11
Tehran Kommünikesi imzalanıb – Qarabağ münaqişəsində sülh təşəbbüsü07.05.2026 - 07:00
Zaqatalada 6.5 bal gücündə zəlzələ qeydə alındı07.05.2026 - 06:36
Bakı Kristal Zalının açılışı paytaxtın mədəni həyatında yeni mərhələ yaratdı07.05.2026 - 06:18
Xalq şairi Musa Yaqub poeziyamızda dərin iz qoyub07.05.2026 - 06:00
Yazıçı Hamlet Qoca zəngin ədəbi irsi ilə xatırlanır07.05.2026 - 05:42
İlk qadın teatr rəssamlarından Bədurə Əfqanlı sənət irsi ilə yad edilir07.05.2026 - 05:18
Xalq artisti Muxtar Dadaşov Azərbaycan kinosunun yadda qalan simalarındandır07.05.2026 - 05:06
Şair və ictimai xadim Ənvər Əlibəyli ədəbi irsi ilə xatırlanır07.05.2026 - 04:54
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə – hərbi xidmətin zirvəsində07.05.2026 - 04:36
Xalq artisti Mədinə Əliyeva – Azərbaycan xoreoqrafiya sənətinin parlaq siması07.05.2026 - 04:18
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi – Cəbrayıl Əzimov07.05.2026 - 04:00
“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28