Təhsil 365 - Logo Mobile

BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər

10207.05.2026 - 13:00
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 34 əcnəbi tələbə Bakı Mühəndislik Universitetində (BMU) təhsil alır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq icra edilən proqram ölkənin ali təhsil sisteminin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Tehsil365” bildirir ki ,Qrant proqramı çərçivəsində təhsil alan tələbələr müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edir, eyni zamanda, ölkənin zəngin mədəni irsi və akademik mühiti ilə yaxından tanış olurlar. BMU-da yaradılmış müasir tədris infrastrukturu və beynəlxalq standartlara uyğun təhsil mühiti əcnəbi tələbələrin uğurlu akademik inkişafına geniş imkanlar açır. Proqram iştirakçıları universitetdə təşkil olunan tədris prosesi və yaradılmış şərait barədə təəssüratlarını bölüşüblər:

- Mənim adım Janaina Cruzdur. Anqolanın Luanda şəhərindənəm. Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr tələbəsiyəm. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının təşkilatçılarına təşəkkür etmək istəyirəm, çünki onlar mənə yalnız təhsil almaq fürsəti deyil, həm də yeni bir ölkə və yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər. Bu təqaüd mənə çətinlik çəkmədən təhsil almağa, yaxşı insan kimi yetişməyə, həmçinin yeni bir mədəniyyət və yeni bir ölkə tanımağa kömək etdi.

- Hamıya salam, mənim adım Karan Shreesdir. Buraya çox gözəl bir ölkədən, Nepaldan gəlmişəm. Təhsil Qrantı proqramının qalibiyəm. Kompüter mühəndisliyi ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıram. Bu təqaüd mənim üçün sadəcə bir qapı açmadı. Sanki mənə bütöv bir dünyanı verdilər. Buradakı səyahətimin mənə ən çox təsir edən məqamlarından biri Bakı Mühəndislik Universitetində ingilis dilini öyrənmək oldu. Müəllimlərimiz çox nəzakətli və yardımsevərdirlər; onlar hər an yaranan anlaşılmazlıqda bizə yol göstərməyə hazırdırlar. Mən nepallı bir gəncəm, lakin bu qrant sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam.

- Mənim adım Pemphero Mvansambodur. Malavidənəm. Bakı Mühəndislik Universitetində idarəetmədə informasiya sistemləri ixtisası üzrə magistratura təhsili alıram. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının tələbəsiyəm və bura gəlmək, bu möhtəşəm ölkədə, Azərbaycanda təhsil ala bilmək, həqiqətən böyük bir fürsətdir. Bu cəmiyyətin bir hissəsi olmaq, yeni şeylər öyrənmək, öyrəndiklərimi öz ölkəmə apararaq fayda vermək və vətənimin qüdrətli olmasını təmin etmək çox heyranedicidir. Mənə verilən bu imkan üçün təşəkkür edirəm.

Zəhra Əliyeva

Xəbər Lenti

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub07.05.2026 - 13:25
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 12:40
BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı süni intellektə həsr olunub07.05.2026 - 12:25
AMEA ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq07.05.2026 - 12:10
ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb07.05.2026 - 12:00
Gənclər arasında yuxu problemləri artır: gecə rejimi sağlamlığa necə təsir edir?07.05.2026 - 09:56
Bazar günü qəbul imtahanı üzrə sınaq imtahanı keçiriləcək07.05.2026 - 09:28
Bu günə olan hava proqnozu 07.05.2026 - 09:15
ADU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib07.05.2026 - 09:03
ADU-da “Zərif ürək, məğrur qadın” adlı dəyirmi masa keçirilib07.05.2026 - 08:50
Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib07.05.2026 - 08:37
Sinqapur məktəblərində bulinqə görə yeni cəza tədbiri qəbul edilib07.05.2026 - 08:25
BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada 07.05.2026 - 08:12
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb07.05.2026 - 07:57
BDU-da tədbir: “1923-dən sonsuzluğa”07.05.2026 - 07:47
“Əbədiliyə uzanan yol”07.05.2026 - 07:34
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib07.05.2026 - 07:21
ADU tələbələri Təhsil Muzeyində tədris-ekskursiyada olublar07.05.2026 - 07:11
Tehran Kommünikesi imzalanıb – Qarabağ münaqişəsində sülh təşəbbüsü07.05.2026 - 07:00
Zaqatalada 6.5 bal gücündə zəlzələ qeydə alındı07.05.2026 - 06:36
Bakı Kristal Zalının açılışı paytaxtın mədəni həyatında yeni mərhələ yaratdı07.05.2026 - 06:18
Xalq şairi Musa Yaqub poeziyamızda dərin iz qoyub07.05.2026 - 06:00
Yazıçı Hamlet Qoca zəngin ədəbi irsi ilə xatırlanır07.05.2026 - 05:42
İlk qadın teatr rəssamlarından Bədurə Əfqanlı sənət irsi ilə yad edilir07.05.2026 - 05:18
Xalq artisti Muxtar Dadaşov Azərbaycan kinosunun yadda qalan simalarındandır07.05.2026 - 05:06
Şair və ictimai xadim Ənvər Əlibəyli ədəbi irsi ilə xatırlanır07.05.2026 - 04:54
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə – hərbi xidmətin zirvəsində07.05.2026 - 04:36
Xalq artisti Mədinə Əliyeva – Azərbaycan xoreoqrafiya sənətinin parlaq siması07.05.2026 - 04:18
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi – Cəbrayıl Əzimov07.05.2026 - 04:00
“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28