Təhsil 365 - Logo Mobile

“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub

10307.05.2026 - 13:25
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub

Mayın 7-də Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə ilə www. E-huquqshunas.az hüquq məlumat portalının rəsmi təqdimat mərasimi keçirilib.

“Tehsil365” xəbər verir ki, saytın fəaliyyət prinsipini hüququn aliliyinin təşviqi, hüquqi savadlılığın artırılması, demokratik dəyərlərin inkişafına dəstək verilməsi və hüquqi maarifləndirmə vasitəsilə cəmiyyətin inkişafına töhfə verilməsi təşkil edir.

Tədbirdə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə yeni platformanın əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, “E-huquqshunas.az” saytı hüquq sahəsində mövcud olan məlumatların sistemli, dolğun təqdim olunmasına geniş imkanlar yaradacaq. Müasir dövrün tələblərinə uyğun hazırlanmış bu platforma hüquqi informasiyanın operativ, etibarlı və dolğunluğunu təmin edən innovativ bir resurs kimi çıxış edəcək. “E-huquqshunas.az” yalnız informasiya platforması deyil, eyni zamanda, hüquqi biliklərin vahid məkanda cəmləndiyi müasir intellektual mühitdir. M.Quluzadənin sözlərinə görə, portalın istifadəyə verilməsi hüquqi məlumatların əlçatanlığının artırılması istiqamətində atılmış mühüm addım olmaqla yanaşı, hüquqşünaslar, dövlət qurumları və bu sahənin mütəxəssisləri arasında məlumat mübadiləsinin daha səmərəli təşkilinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə və ölkədə hüquqi ekosistemin daha çevik və inteqrasiya olunmuş şəkildə inkişafına güclü təkan verəcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov isə institutun hüquqi maarifləndirmə sahəsində həyata keçirdiyi ardıcıl və məqsədyönlü fəaliyyətləri, eləcə də yaratdığı zəngin hüquqi resursları yüksək qiymətləndirərək vurğulayıb ki, təqdim olunan yeni portal bu təşəbbüslərin məntiqi davamıdır. Həmçinin A.Poladov bildirib ki, belə layihələr hüquqi informasiyanın daha geniş auditoriyaya çatdırılmasını və vətəndaşların hüquqi məlumatlara çıxış imkanlarını genişləndirir.

Qeyd edək ki, portal Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin təşəbbüsü ilə yaradılıb və onun tabeliyində fəaliyyət göstərən Hüquq və İnsan Haqları İnstitutu tərəfindən idarə olunur.

Təqdimat zamanı iştirakçılara portalın funksionallığı, istifadə imkanları və gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat təqdim olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası, Konstitusiya Məhkəməsi, Ombudsman Aparatı, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Vəkillər Kollegiyası, həmçinin media qurumlarının nümayəndələri iştirak ediblər. Bununla yanaşı, ali təhsil müəssisələrinin hüquq fakültələrinin professor-müəllim heyəti və peşəkar hüquqşünaslar da tədbirə qatılıblar.

Təqdimat çərçivəsində qonaqlar portalın fəaliyyəti ilə bağlı fikir və təkliflərini bölüşərək onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.

Zəhra Əliyeva

Xəbər Lenti

Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər07.05.2026 - 13:00
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 12:40
BDU Məzunlar Cəmiyyətinin növbəti seminarı süni intellektə həsr olunub07.05.2026 - 12:25
AMEA ilə Girne Amerikan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq07.05.2026 - 12:10
ADA Universitetində tələbələrin sosial məsuliyyət və sənaye əməkdaşlığı layihələri mükafatlandırılıb07.05.2026 - 12:00
Gənclər arasında yuxu problemləri artır: gecə rejimi sağlamlığa necə təsir edir?07.05.2026 - 09:56
Bazar günü qəbul imtahanı üzrə sınaq imtahanı keçiriləcək07.05.2026 - 09:28
Bu günə olan hava proqnozu 07.05.2026 - 09:15
ADU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib07.05.2026 - 09:03
ADU-da “Zərif ürək, məğrur qadın” adlı dəyirmi masa keçirilib07.05.2026 - 08:50
Odlar Yurdu Universiteti və XRİTDX-nin birgə təşkilatçılığı ilə növbəti master-klass keçirilib07.05.2026 - 08:37
Sinqapur məktəblərində bulinqə görə yeni cəza tədbiri qəbul edilib07.05.2026 - 08:25
BDU-nun Biologiya fakültəsinin tələbələri Mərkəzi Nəbatat Bağında ekskursiyada 07.05.2026 - 08:12
BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb07.05.2026 - 07:57
BDU-da tədbir: “1923-dən sonsuzluğa”07.05.2026 - 07:47
“Əbədiliyə uzanan yol”07.05.2026 - 07:34
“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib07.05.2026 - 07:21
ADU tələbələri Təhsil Muzeyində tədris-ekskursiyada olublar07.05.2026 - 07:11
Tehran Kommünikesi imzalanıb – Qarabağ münaqişəsində sülh təşəbbüsü07.05.2026 - 07:00
Zaqatalada 6.5 bal gücündə zəlzələ qeydə alındı07.05.2026 - 06:36
Bakı Kristal Zalının açılışı paytaxtın mədəni həyatında yeni mərhələ yaratdı07.05.2026 - 06:18
Xalq şairi Musa Yaqub poeziyamızda dərin iz qoyub07.05.2026 - 06:00
Yazıçı Hamlet Qoca zəngin ədəbi irsi ilə xatırlanır07.05.2026 - 05:42
İlk qadın teatr rəssamlarından Bədurə Əfqanlı sənət irsi ilə yad edilir07.05.2026 - 05:18
Xalq artisti Muxtar Dadaşov Azərbaycan kinosunun yadda qalan simalarındandır07.05.2026 - 05:06
Şair və ictimai xadim Ənvər Əlibəyli ədəbi irsi ilə xatırlanır07.05.2026 - 04:54
Vətən Müharibəsi Qəhrəmanı Namiq İslamzadə – hərbi xidmətin zirvəsində07.05.2026 - 04:36
Xalq artisti Mədinə Əliyeva – Azərbaycan xoreoqrafiya sənətinin parlaq siması07.05.2026 - 04:18
Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi – Cəbrayıl Əzimov07.05.2026 - 04:00
“Yüksəliş” müsabiqəsinin nəticələri açıqlanıb06.05.2026 - 19:56
Bu müəllimlər 200 manatadək cərimələnəcək06.05.2026 - 19:48
100-ə yaxın gənc Dövlət Proqramı barədə məlumatlandırıldı06.05.2026 - 19:41
Qaz sızması nəticəsində müəllim və 14 şagird zəhərlənib06.05.2026 - 19:36
Gənclər üçün beynəlxalq forum hazırlığı başladı06.05.2026 - 19:28