Təhsil 365 - Logo Mobile

“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib

7307.05.2026 - 18:06
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin Qazi Universitetindəki Azərbaycan Türkcəsi Tədris Ocağında “Türkiyədə Azərbaycan film günləri” çərçivəsində “Cənnət yuxusu” sənədli filmi nümayiş olunub.

“Tehsil365" xəbər verir ki, film bu tədris Ocağında Azərbaycan dilini öyrənən tələbələrə təqdim edilib.

Tədbirin əvvəlində Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov çıxış edərək görkəmli Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənətinin formalaşmasında mühüm rol oynayıb, klassik Şərq miniatür ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verib. O, bir çox sahələri əhatə edən yaradıcılığında klassik Şərq miniatürü və xalq sənətinin zəngin ənənələrini Avropa realist boyakarlığının nailiyyətləri ilə ahəngdar şəkildə birləşdirərək orijinal üslub formalaşdırmışdır.

Daha sonra Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, tarixçi-alim, professor Alper Alp Qərbi Azərbaycanın tarixi və mədəni baxımdan əhəmiyyəti barədə çıxış edib, bölgənin zəngin irsindən danışıb.

Azərbaycan Türkcəsinin Tədrisi üzrə təlimçi-pedaqoq, Qazi Universitetinin doktorantı Şəhla İbişova bildirib ki, Mirzə Qədim İrəvani Azərbaycan təsviri sənəti tarixində yeni mərhələnin başlanğıcını qoyub. Rəssamın zərif koloritli naxışlarla və ornamentli şəbəkələrlə işlənmiş, dərin bədii-estetik təsir gücünə malik tabloları, monumental portret və kompozisiyaları kamil sənət nümunələri kimi bu gün də yüksək dəyərini qoruyub saxlayır.

Sonra “Cənnət yuxusu” filmi nümayiş olunub. Film tələbələr tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənətindəki rolu, klassik Şərq ornamentləri və miniatür sənətinə həsr olunan bu sənədli film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb. Filmin quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Ruslan Ağazadə, rəssamı isə Səbuhi Atababayevdir

Nərmin Mustafayeva

Xəbər Lenti

Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib07.05.2026 - 17:05
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək07.05.2026 - 17:00
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 15:50
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10