Təhsil 365 - Logo Mobile

Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da

7307.05.2026 - 19:46
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da

"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 34 əcnəbi tələbə Bakı Mühəndislik Universitetində (BMU) təhsil alır.

“Tehsil365" xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq icra edilən proqram ölkənin ali təhsil sisteminin beynəlmiləlləşdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin tərkib hissəsi olmaqla yanaşı, Azərbaycanın beynəlxalq təhsil məkanında mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

Qrant proqramı çərçivəsində təhsil alan tələbələr müxtəlif ixtisaslar üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edir, eyni zamanda ölkənin zəngin mədəni irsi və akademik mühiti ilə yaxından tanış olurlar. BMU-da yaradılmış müasir tədris infrastrukturu və beynəlxalq standartlara uyğun təhsil mühiti əcnəbi tələbələrin uğurlu akademik inkişafına geniş imkanlar açır.

Proqram iştirakçıları universitetdə təşkil olunan tədris prosesi və yaradılmış şərait barədə təəssüratlarını bölüşüblər:

“Mənə yalnız təhsil almaq deyil, həm də yeni bir ölkə, yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər”

- Mənim adım Janaina Cruzdur. Anqolanın Luanda şəhərindənəm. “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr tələbəsiyəm. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının təşkilatçılarına təşəkkür etmək istəyirəm, çünki onlar mənə yalnız təhsil almaq fürsəti deyil, həm də yeni bir ölkə və yeni bir mədəniyyət kəşf etmək imkanı verdilər. Bu təqaüd mənə çətinlik çəkmədən təhsil almağa, yaxşı insan kimi yetişməyə, həmçinin yeni bir mədəniyyət və yeni bir ölkə tanımağa kömək etdi.

“Bu qrant proqramı sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam”

- Hamıya salam, mənim adım Karan Shreesdir. Buraya çox gözəl bir ölkədən, Nepaldan gəlmişəm. Təhsil Qrantı proqramının qalibiyəm. “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsində təhsil alıram. Bu təqaüd mənim üçün sadəcə bir qapı açmadı. Sanki mənə bütöv bir dünyanı verdilər. Buradakı səyahətimin mənə ən çox təsir edən məqamlarından biri Bakı Mühəndislik Universitetində ingilis dilini öyrənmək oldu. Müəllimlərimiz çox nəzakətli və yardımsevərdirlər; onlar hər an yaranan anlaşılmazlıqda bizə yol göstərməyə hazırdırlar. Mən nepallı bir gəncəm, lakin bu qrant sayəsində Azərbaycanı ömürlük qəlbimdə daşıyacağam.

“Azərbaycanda təhsil ala bilmək həqiqətən böyük bir fürsətdir”

- Mənim adım Pemphero Mvansambodur. Malavidənəm. Bakı Mühəndislik Universitetində “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıram. “Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı” proqramının tələbəsiyəm və bura gəlmək, bu möhtəşəm ölkədə, Azərbaycanda təhsil ala bilmək həqiqətən böyük bir fürsətdir. Bu cəmiyyətin bir hissəsi olmaq, yeni şeylər öyrənmək, öyrəndiklərimi öz ölkəmə apararaq fayda vermək və vətənimin qüdrətli olmasını təmin etmək çox heyranedicidir. Mənə verilən bu imkan üçün təşəkkür edirəm.

Nərmin Mustafayeva

Xəbər Lenti

Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib07.05.2026 - 18:06
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib07.05.2026 - 17:05
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək07.05.2026 - 17:00
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 15:50
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10