Təhsil 365 - Logo Mobile

“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans

10007.05.2026 - 15:10
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans

AMEA-nın Rəyasət Heyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” mövzusunda elmi konfrans keçirilib.

“Tehsil365“ xəbər verir ki,bu barədə AMEA-dan məlumat verilib.

Konfransda çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, dünyanın hər yerində, o cümlədən ölkəmizdə XX əsr dünya siyasətinin görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Ulu Öndər Heydər Əliyevin dünyamiqyaslı böyük şəxsiyyət və qüdrətli siyasi xadim olduğunu hər kəsin çoxdan qəbul etdiyini deyən akademik İsa Həbibbəyli nüfuzlu dövlət xadimləri, siyasətçiləri və alimlərinin Ümummilli Liderə yüksək qiymət verdiklərini söyləyib. Qeyd edib ki, bu qiymətləndirmələr arasında xüsusi diqqət çəkən fikirlərdən biri onun “tarixin gedişini dəyişə bilən lider” olması barədə deyilənlərdir və bu, Heydər Əliyevin fəaliyyətini ən dəqiq xarakterizə edən ifadələrdən biridir.

AMEA rəhbəri qeyd edib ki, ömrünü xalqına həsr edən, milləti və dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudulmurlar və Azərbaycan xalqı da müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini daim ehtiramla yad edir.

Daha sonra tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən hazırlanmış Ulu Öndərin zəngin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Konfransda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində hakimiyyətə qayıdarkən Azərbaycanı daim sayılıb-seçilən ölkələr sırasına yüksəldib. Ötən əsrin 90-cı illərində Yeni Azərbaycan Partiyası təsis olunarkən və Ulu Öndər yenidən hakimiyyətə qayıdarkən ziyalılarımız, xüsusilə Akademiyanın alimləri bu prosesdə yaxından iştirak etmiş, dahi liderin ətrafında sıx birləşmişlər.

Milli Məclisin deputatı tarix elmləri doktoru Vasif Qafarov “Heydər Əliyevin xilaskarlıq missiyası”, AMEA-nın Rəyasət Heyəti aparatı üzrə YAP ərazi partiya təşkilatının sədri, Elm və təhsil şöbəsinin müdir müavini Vüsal Zülfüqarov “Heydər Əliyevin Azərbaycançılıq konsepsiyası və alim məsuliyyəti”, AMEA-nın Gənclər Akademiyasının sədri dosent Elmir Babayev “Sənaye transformasiyalarından innovasiya fəaliyyətinə: Heydər Əliyevin strateji baxışında Azərbaycanın inkişaf trayektoriyası”, Gənclər Akademiyasının sədr müavini Şəfa Əliyeva “Heydər Əliyev dövründə klassik ədəbi irsin dəyərləndirilməsi və ideoloji kontekst”, Elmi-kütləvi tədbirlərin təşkili departamentinin rəhbəri Orxan İsayev “Ədəbiyyatşünaslıq elminin inkişafında Heydər Əliyev siyasətinin rolu”, “Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri filologiya üzrə fəlsəfə doktoru prioritetləri” və Rəqəmsal Mobillik Mərkəzinin rəhbəri Günel Əzimova “Heydər Əliyev ideyaları və gənclik: rəqəmsallaşan dünyada gənclər” mövzusunda məruzələrlə çıxış ediblər.

Mehriban İbadova

Xəbər Lenti

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib07.05.2026 - 18:06
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib07.05.2026 - 17:05
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək07.05.2026 - 17:00
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 15:50
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub07.05.2026 - 13:25
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər07.05.2026 - 13:00
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55