Caspia Strateji Siyasət və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin həmtəsisçisi və direktoru Orxan Yolçuyev, Ludovika Türk Araşdırmaları Mərkəzinin baş məsləhətçisi Dávid Biró və məsləhətçi Péter Kövecsi-Oláh Azərbaycan Dillər Universitetinin Macarıstanda fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində olublar.
“Tehsil365“ xəbər verir ki, qonaqlar Mərkəzin direktoru Fərqanə Bayramlı ilə görüşüblər. Sonra onlar Mərkəzin fəaliyyəti, həyata keçirdiyi layihələr və Azərbaycan dilinin, eləcə də mədəniyyətinin Macarıstanda təşviqi istiqamətində görülən işlərlə yaxından tanış olublar. Görüş zamanı tərəflər arasında akademik əməkdaşlıq, birgə tədqiqat imkanları və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə Caspia Strateji Siyasət və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Səfər Azərbaycanla Macarıstan arasında elmi-mədəni əlaqələrin inkişafına və institusional əməkdaşlığın genişlənməsinə töhfə verən mühüm addım kimi qiymətləndirilir.

