Təhsil 365 - Logo Mobile

BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

10007.05.2026 - 15:50
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib

Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.   

“Tehsil365“ xəbər verir ki, tədbirdə Milli Məclisin üzvləri, universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Dövlət Himni səsləndirilib. Ardınca görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunub. 

BMU-nun rektoru Yaqub Piriyev çıxışında bildirib ki, müasir və güclü Azərbaycanın qurulmasında müstəsna xidmətlər göstərmiş Heydər Əliyev ölkəmizin dünyəvi və müstəqil dövlət kimi inkişafında həlledici rol oynamış nadir tarixi şəxsiyyətdir. Ulu Öndər uğurlu siyasi fəaliyyəti, nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq və məqsədyönlülük nəticəsində Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən dayanıqlı siyasi kursun müəllifinə çevrilib. Ölkəmizin yüksəlişinə verdiyi böyük töhfələr zəmanəsinin fövqündə dayanan bu unikal insanın adını dünya siyasi liderləri arasında xüsusi mövqeyə yüksəldib. Rektor Heydər Əliyevin Azərbaycana rəhbərliyinin tarixi xronologiyası üzrə danışaraq, çətin ideoloji mühitdə respublikamızın iqtisadi, siyasi, mədəni sahələrdə əldə etdiyi uğurları önə çəkib. Qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni mərhələ başlanıb, xaos, vətəndaş qarşıdurması aradan qaldırılıb, sabitlik bərqərar olub, mühüm strateji qərarlar verilib. Ermənistan-Azərbaycan arasında atəşkəsə nail olunub, “Əsrin müqaviləsi” sazişinin imzalanması nəticəsində iqtisadi yüksəlişə zəmin yaradılıb və ölkənin beynəlxalq nüfuzu artıb. Bu siyasətin nəticəsi olaraq dövlət müstəqilliyi möhkəmləndirilib, ordu quruculuğu gücləndirilib və bütün sahələrdə dinamik inkişaf təmin olunub. Eyni zamanda vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər və suverenliyin tam bərpası Ulu Öndərin müəyyən etdiyi siyasi kursun uğurlu nəticəsidir. Bu kurs hazırda Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. 

Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlətçilik ideologiyası Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına, milli birlik prinsipinə söykənən mükəmməl idarəçilik modeli idi. Qeyd olunub ki, bu siyasi irs yalnız Azərbaycanın bugünkü inkişafının deyil, gələcək uğurlarının da əsasını təşkil edir.  

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxışında qeyd edib ki, müasir və qüdrətli Azərbaycanın təməlində məhz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. O vurğulayıb ki, siyasi məktəb və davamlı dövlətçilik strategiyası yaratmaq hər liderə nəsib olmur. Heydər Əliyev öz fəaliyyəti ilə xalqın milli maraqlarını qoruyan, dövlətin gələcəyini müəyyənləşdirən möhkəm siyasi irs formalaşdırmağa müvəffəq olub. 

Daha sonra deputatlar Vüqar Rəhimzadə, Rizvan Nəbiyev və Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov çıxış ediblər. Çıxışlarda Ulu Öndərin ölkənin iqtisadi inkişafı, milli hərbi kadrların hazırlanması, uğurlu xarici siyasət kursunun formalaşdırılması istiqamətindəki xidmətlərindən bəhs olunub. Bildirilib ki, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  nəticəsində Azərbaycan böyük hərbi Zəfərə imza atıb, regionda yeni reallıqlar formalaşdırıb və ölkənin beynəlxalq mövqeyi daha da möhkəmlənib. Çıxışlarda vurğulanıb ki, xalqın Heydər Əliyevin dövlətçilik təcrübəsinə və siyasi irsinə duyduğu ehtiyac zaman keçdikcə daha aydın hiss olunur. Natiqlər qeyd ediblər ki, Azərbaycanın bu gün əldə etdiyi bütün mühüm nailiyyətlərin əsasında məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Dahi şəxsiyyətlər öz əməlləri, ideyaları ilə yaşayırlar, Heydər Əliyev Azərbaycan xalqının yaddaşında, milli düşüncəsində və tarixində daim var olacaqdır. 

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.

Mehriban İbadova

Xəbər Lenti

Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib07.05.2026 - 18:06
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib07.05.2026 - 17:05
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək07.05.2026 - 17:00
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10