Respublika fənn olimpiadalarında (RFO) Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 13 şagirdi uğurlu nəticə göstərərək medal qazanıb.
“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən məlumata görə, şagirdlər 5 qızıl, 5 gümüş və 3 bürünc medal qazanıblar.

