Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin istehsalat təcrübəsinə cəlb olunması məqsədilə “SOCAR Downstream Management” MMC-nin tərəfdaşlığı ilə “Peşədən İstehsalata Körpü” (PİK) adlı yeni layihəyə start verilir.
“Tehsil365“ xəbər verir ki, Mərkəzdən bildirilib ki, yeni təşəbbüsün əsas məqsədi peşə təhsili alan tələbələrə nəzəri biliklərini real istehsalat mühitində tətbiq etmələri üçün şərait yaratmaq, onların praktiki bacarıqlarını inkişaf etdirmək və əmək bazarına səriştəli kadr olaraq hazırlamaqdır.
Razılaşmaya əsasən, elektrik, avtomatika və torna-frezer ixtisasları üzrə təhsil alan tələbələrin müvafiq istehsalat sahələrində təcrübə proqramına cəlb olunması nəzərdə tutulur. Tələbələr müasir sənaye prosesləri ilə yaxından tanış olmaq və real iş mühitində peşə vərdişlərini təkmilləşdirmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, “SOCAR Downstream Management” MMC ilə həyata keçirilən bu yeni layihə təhsil ilə sənaye arasında effektiv əməkdaşlıq modelinin formalaşdırılmasına və ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək.
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir
9707.05.2026 - 16:45

