Təhsil 365 - Logo Mobile

Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

9607.05.2026 - 17:00
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək

Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində müəllimlər üçün beynəlxalq səviyyəli mühazirə təşkil olunacaq.

“Tehsil365“
Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, mühazirəni Rusiya Federasiyasının Rostov-na-Donu şəhərindən dəvət olunmuş mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Nataliya Aleksandrovna Moskvicheva aparacaq. Bakı şəhərində anadan olan mütəxəssis uzun illərdir müalicəvi pedaqogika sahəsində elmi-praktik fəaliyyət göstərir. O, Rostov Tibb İnstitutunda ali təhsil almış, daha sonra Sankt-Peterburqda V.M. Bexterev adına İnstitutda psixiatriya və psixoterapiya üzrə ixtisaslaşmışdır. Eyni zamanda İsveçrə və Almaniyada müalicəvi pedaqogika üzrə beynəlxalq təlimlərdə iştirak etmişdir.

1996-cı ildə onun təşəbbüsü ilə Rostov-na-Donu şəhərində "Sveça" ("Şam") müalicəvi pedaqogika və sosial terapiya mərkəzi yaradılmışdır. Onun elmi fəaliyyəti bu sahədə uzunillik praktik təcrübəyə əsaslanır.

"Müalicəvi pedaqogika: xüsusi qayğıya ehtiyacı olan şəxslərə peşəkar yardımın göstərilməsi, onların inkişafı üçün əlverişli şəraitin yaradılması, həyat keyfiyyətinin yüksəldilməsi və cəmiyyətə inteqrasiyası" mövzusuna həsr olunacaq mühazirədə müalicəvi pedaqogikanın multidissiplinar mahiyyəti, kompleks yanaşmalar və mütəxəssislərarası əməkdaşlıq məsələləri geniş şəkildə işıqlandırılacaq.

Qeyd olunmalıdır ki, bu mühazirə Azərbaycanda müalicəvi pedaqogika istiqamətində keçirilən ilk tədbirlərdən biri kimi xüsusi əhəmiyyət kəsb edir.
Tədbir 15 may tarixində saat 17:00-da Azərbaycan Dövlət Pedaqoji Kollecində keçiriləcək.
Bu kimi beynəlxalq mühazirələrin təşkili müəllimlərin peşəkar inkişafına, inklüziv təhsilin təşviqinə və müasir pedaqoji yanaşmaların tətbiqinə mühüm töhfə verir.

Əlaqə üçün:
ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci
Bakı şəhəri, İnşaatçılar pr. 45
Tel.: (+994 12) 539 11 71
E-mail: [email protected]


Mühazirəçi haqqında

Nataliya Aleksandrovna Moskvicheva Bakı şəhərində mühəndis və həkim ailəsində anadan olmuşdur. 1968-ci ildə 184 saylı orta məktəbi fərqlənmə ilə bitirmiş və Rostov Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.

Ali təhsilini başa vurduqdan sonra ailəsi ilə birlikdə Gürcüstanın Poti şəhərində yaşamış, psixonevroloq kimi fəaliyyət göstərmişdir. Daha sonra Sankt-Peterburqda V.M. Bexterev adına Elmi-Tədqiqat İnstitutunda psixiatriya üzrə ordinaturanı və psixoterapiya ixtisaslaşmasını tamamlamışdır.

Antroposofik tibb ilə tanış olduqdan sonra İsveçrənin Lozanna şəhərində və Almaniyada müalicəvi pedaqogika üzrə ixtisasartırma təhsili almışdır.

1996-cı ildə Rostov-na-Donu şəhərində həkimlər, pedaqoqlar və xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə birlikdə "Sveça" ("Şam") müalicəvi pedaqogika və sosial terapiya mərkəzinin təsisçilərindən biri olmuşdur. Qeyd edək ki, mərkəz 2026-cı ildə fəaliyyətinin 30 illiyini qeyd edəcək.

Nataliya Aleksandrovna Moskvicheva tibb üzrə fəlsəfə doktorudur. Onun elmi işi "Sveça" ("Şam") mərkəzində müalicəvi pedaqoq kimi 10 illik praktiki fəaliyyətinin ümumiləşdirilməsinə həsr olunmuşdur. O, Rusiya və Almaniyanın Antroposofik Həkimlər Birliyinin üzvüdür.

Eyni zamanda, o, müxtəlif nitq pozuntularının - nitq inkişafının ləngiməsi, kəkələmə, ümumi nitq çatışmazlığı, erkən autizm, eşitmə məhdudiyyətləri və serebral iflic kimi halların korreksiyasında tətbiq olunan xirofonetika metodunun mütəxəssisidir. Bu metod bəzi somatik və psixoloji problemlərin, o cümlədən bronxial astma, atopik dermatit, neyrodermit və depressiyanın müalicəsində də istifadə olunur. Metodun əsas üstünlüklərindən biri onun valideynlər tərəfindən də mənimsənilərək tətbiq oluna bilməsidir. 

Mehriban İbadova

Xəbər Lenti

Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib07.05.2026 - 18:06
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib07.05.2026 - 17:05
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 15:50
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub07.05.2026 - 13:25
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər07.05.2026 - 13:00
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 12:40