Təhsil 365 - Logo Mobile

“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib

9707.05.2026 - 17:05
“Diaspor gəncləri 1+1” layihəsinin növbəti mərhələsinə start verilib

Diasporla İş üzrə Dövlət Komitəsinin gənclərlə bağlı uğurlu layihələrindən olan “Diaspor gəncləri 1+1” Proqramı 2021-ci ildən etibarən həyata keçirilir. Məqsəd ölkəmizin multikultural zənginliyini, eyni zamanda ermənilərin törətdiyi vandalizm aktlarını, müharibə cinayətlərini, azad olunan ərazilərdə gedən sürətli yenidənqurma prosesini layihə iştirakçıları vasitəsilə xaricdə geniş işıqlandırmaqdır. 

“Tehsil365“
xəbər verir ki, komitə layihə çərçivəsində xaricdəki Azərbaycan diaspor gənclər təşkilatlarının rəhbərinin və ya fəal üzvünün onun yaşadığı ölkədən olan bir nəfər əcnəbi, nüfuzlu gənclə birlikdə Azərbaycana səfərini təşkil edir.Builki səfərdə Almaniyadan maliyyə və logistika üzrə mütəxəssis Emil Kinzel və SMM (Sosial Media Marketinq) üzrə mütəxəssis Yan Eibel, Misir Ərəb Respublikasından orada Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərən Asmaa Behairy və inflüenser Shahd Elshazly, Litvadan Vilnüs Universitetinin magistrantı Inga Germanovičiūtė və Turiba Universitetinin doktorantı Taleh Abbaslı ölkəmizə gəliblər.

Onlar Bakı şəhəri ilə tanışlıqdan sonra Qarabağ bölgəsinə – Şuşa və Xankəndiyə yola düşüblər.

Səfərin ilk dayanacağı Şuşa şəhəri olub. Qonaqlar burada güllələnmiş heykəlləri, Xurşidbanu Natəvanın evini, “Xan qızı” bulağını, Gəncə qapısını, İsa bulağını, eləcə də Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Qonaqlara Şuşanın zəngin tarixi, şəhərin mədəni irsi və işğal dövründə Azərbaycan abidələrinə qarşı törədilmiş vandalizm faktları barədə ətraflı məlumat verilib. Şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri iştirakçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanıb.

Bunun ardından qonaqlar Xankəndi şəhərinə yola düşüblər. Onlar şəhərin Zəfər meydanını gəzib, şəhərin tarixi, mövcud vəziyyəti, sosial və mədəni həyatı, həmçinin bölgədə gedən proseslər barədə bilgiləndiriliblər. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən yenidənqurma işləri və gələcək inkişaf perspektivləri xüsusi diqqətə çatdırılıb.

Eyni zamanda, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Zəfər parkı ziyarət edilib. Bu ziyarət qonaqlarda böyük təəssürat yaradıb və bölgənin tarixi əhəmiyyətini daha yaxından anlamağa imkan verib.

İştirakçılar, həmçinin Qarabağ Universitetində də olublar. Universitetin kitabxanası ilə tanışlıqdan sonra Beynəlxalq əməkdaşlıq şöbəsinin baş mütəxəssisləri Fariz Bayramov və Güllər Səfərova qonaqlara ali təhsil ocağının elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat veriblər. Görüş zamanı təhsil imkanları, beynəlxalq mübadilə proqramları və birgə elmi tədqiqatların təşkili istiqamətində fikir mübadiləsi aparılıb.
Səfər iştirakçılar üçün unudulmaz təəssüratlarla yadda qalıb.

Mehriban İbadova

Xəbər Lenti

Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16
ChatGPT-nin yeni pulsuz versiyası təqdim olundu07.05.2026 - 18:15
“Cənnət yuxusu” sənədli filmi Ankarada tələbələrə təqdim edilib07.05.2026 - 18:06
Sosial və Aqrar-Texnoloji Kollecdə Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans keçirilib07.05.2026 - 17:55
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”07.05.2026 - 17:55
Rəsul Rzanın ev-muzeyində tədbir - Bir ocaqda iki şairin işığı07.05.2026 - 17:54
Qarabağ Universitetində Heydər Əliyevin ideyalarına həsr olunan tədbir keçirilib07.05.2026 - 17:45
AzTU-nun yeni rəsmi veb-saytı istifadəyə verilib07.05.2026 - 17:44
Nazir müavini Həsən Həsənli Ağdaşda vətəndaşların müraciətlərini dinləyəcək07.05.2026 - 17:36
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb07.05.2026 - 17:35
Azərbaycan nümayəndə heyəti Avropa Universitetləri Sammitində iştirak edir07.05.2026 - 17:25
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı: klassik irsə və sənətkarlara yüksək qayğı07.05.2026 - 17:24
Ədəbiyyat İnstitutunda Pakistan nümayəndələri ilə görüş: ortaq dəyərlər və yeni layihələr07.05.2026 - 17:16
Ali məktəblərə qəbul modelinə uyğun növbəti sınaq imtahanı keçiriləcək07.05.2026 - 17:15
AzTU komandasının startapı Xankəndidə keçirilən festivalda birinci yerə layiq görülüb07.05.2026 - 17:06
Azərbaycan Dövlət Pedaqoji Kollecində beynəlxalq mühazirə keçiriləcək07.05.2026 - 17:00
EATDA-nın direktoru THE sammitində çıxış edib07.05.2026 - 16:55
Peşə təhsili alanlar üçün “Peşədən İstehsalata Körpü” layihəsinə start verilir07.05.2026 - 16:45
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb07.05.2026 - 16:35
Lənkəran-Astara məktəbliləri 13 medal qazandı07.05.2026 - 16:25
“Məktəbdənkənar fəaliyyətlərlə inteqrativ təhsil” layihəsi çərçivəsində təlimlər keçirilib07.05.2026 - 16:15
Yeni təyin olunan məktəb direktorları üçün adaptasiya proqramı başlayıb07.05.2026 - 16:05
Laçın məktəbliləri ADNSU-da ekskursiyada olublar07.05.2026 - 16:00
BMU-da Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 15:50
Mayın 14-dək meteor yağışı müşahidə olunacaq07.05.2026 - 15:40
“Ədəbiyyat adamı - 2026” mükafatı təqdim edilib07.05.2026 - 15:30
Azərbaycan və Macarıstan beyin mərkəzləri arasında akademik əlaqələr genişlənir07.05.2026 - 15:20
“Heydər Əliyevin elm strategiyası gənc alimlərin tədqiqatlarında” - elmi konfrans07.05.2026 - 15:10
Mədəniyyət xalqın böyük sərvətidir - sərgi07.05.2026 - 15:00
Peşə təhsili ilə ali təhsil arasında əsas fərqlər nələrdir? - Elçin Süleymanov07.05.2026 - 15:00
Səməd Vurğunun ev-muzeyində Xalq şairinin 120 illik yubileyi qeyd edilib07.05.2026 - 14:40
“Azərbaycanım” festivalı çərçivəsində rəsm sərgiləri açılacaq07.05.2026 - 14:25
Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş sərgi açılıb07.05.2026 - 14:10
ARKA: Bu il ekranlara 10 tammetrajlı bədii film çıxacaq07.05.2026 - 13:55
İncəsənət xadimləri mükafatlandırılıb - Sərəncam07.05.2026 - 13:40
“E-huquqshunas.az” hüquq məlumat portalının rəsmi təqdimatı olub07.05.2026 - 13:25
Agentliyin direktoru THE sammitində məzunların məşğulluğu sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb07.05.2026 - 13:10
BMU-da təhsil alan əcnəbi tələbələr təəssüratlarını bölüşüblər07.05.2026 - 13:00
bp-nin dəstəyi ilə gələcəyin texnologiyalarına dair üç yeni kitab təqdim edilib07.05.2026 - 12:55