Cəfər Xəndan Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olub.
“Tehsil365” xəbər verir ki, Əsl adı Hacıyev Cəfər Zeynal oğlu olan şair, həm poeziya, həm də ədəbiyyatşünaslıq sahəsində mühüm fəaliyyət göstərib. O, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Cəfər Xəndan filologiya elmləri doktoru elmi dərəcəsini 1948-ci ildə alıb, 1949-cu ildə isə professor adına layiq görülüb. Onun elmi və tənqidi məqalələri Azərbaycan ədəbiyyatının inkişafında xüsusi rol oynayıb. Şairin yaradıcılığı və elmi fəaliyyəti milli ədəbi fikrin formalaşmasına mühüm töhfə verib.

