Mayın 5-də Ağdaş Dövlət Humanitar Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin izi ilə” adlı esse müsabiqəsi keçirib.
“Tehsil365“ xəbər verir ki, müsabiqədə kollecin müxtəlif ixtisaslarından olan tələbələr böyük həvəslə iştirak edərək, Ümummilli Liderin zəngin irsi, dövlətçilik fəlsəfəsi və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə dərin məzmunlu yazılar təqdim edibər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, iştirakçılar arasında ən yaxşı işlər seçilərək I, II və III yerlər müəyyən olunub və qaliblər kollecin direktoru Mirvari Ağayeva tərəfindən sertifikatlarla təltif ediliblər.
Ağdaş Dövlət Humanitar Kollecində esse müsabiqəsi qalibləri mükafatlandırılıb
9707.05.2026 - 17:35

