Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec və Yeni Azərbaycan Partiyası Lənkəran Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş “Heydər Əliyev fenomeni: tarixi-siyasi təhlil və müasir çağırışlar” mövzusunda konfrans keçirildi. Konfransda Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
“Tehsil365“ xəbər verir ki, konfransı giriş sözü ilə açan kollecin direktoru, təşkilat komitəsinin sədri Leyla İbrahimova Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahı və müasir Azərbaycanın inkişafı üçün misilsiz xidmətlərindən bəhs etdi. Çıxış edənlər-YAP Lənkəran Rayon Təşkilatının sədri t.ü.f.d, dosent İqbal Əmənullayev, “Tarix və sosial fənlər” FBK–nın sədri Günel Abdullayeva (Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi), Aqrar və texnoloji şöbənin müdiri Ziya Əlinur (Heydər Əliyevin idarəçilik modelində təhsil siyasəti və insan kapitalının formalaşdırılması) “Tarix və sosial fənlər ” FBK–nın müəllimi Payızgül Baxşızadə (Heydər Əliyevin tarixi qayıdışı və xilaskarlıq missiyası), “Humanitar fənlər” FBK-nın müəllimi Ülkər Bəşirova (Heydər Əliyevin dil siyasətinin uğurları) Heydər Əliyev fenomenini müxtəlif aspektlərdən təhlil edərək onun siyasi liderlik keyfiyyətlərindən, zəngin dövlətçilik irsindən, Azərbaycan tarixindəki müstəsna rolundan, müasir dövlət quruculuğu prosesinə verdiyi töhfələrdən, milli maraqlara əsaslanan idarəçilik prinsiplərindən bəhs etdilər. Bildirdilər ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan güclü dövlətçilik ənənələri bu gün də milli maraqların qorunmasına və beynəlxalq nüfuzun artmasına xidmət edir.
Sonda partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri və hədiyyələr təqdim olundu.

