Qarabağ FK 2014-cü ildə Azərbaycan Premyer Liqasının qalibi olaraq ölkə futbolunda mühüm uğura imza atıb.
“Tehsil365” xəbər verir ki, Komanda mövsüm ərzində göstərdiyi sabit və uğurlu oyunla çempionluq titulunu qazanıb.
“Qarabağ”ın həmin mövsümdəki çıxışı həm azarkeşlər, həm də futbol mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Klubun qazandığı bu uğur Azərbaycan futbolunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilib.
Ağdam təmsilçisi sonrakı illərdə də ölkə futbolunda lider mövqeyini qoruyaraq beynəlxalq arenada Azərbaycanı uğurla təmsil edib.

