Təhsil 365 - Logo Mobile

İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”

12507.05.2026 - 17:55
İqtisadçı Akif Nəsirli: “Azərbaycanda ən perspektivli sahələr enerji, İT və maliyyə sektorudur”

“Azərbaycanda iqtisadi baxımdan ən perspektivli sahələr arasında ilk növbədə neft-qaz sənayesi ilə bağlı ixtisaslar gəlir”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Tehsil365”ə açıqlamasında bildirib ki, neft mühəndisliyi, geofizika və enerji menecmenti kimi ixtisaslar bu sahədə yüksək əməkhaqqı və dayanıqlı tələbatla seçilir.

Ekspert qeyd edib ki, informasiya texnologiyaları sahəsi də sürətlə inkişaf edən istiqamətlərdən biridir:

“Proqram təminatı, kibertəhlükəsizlik, süni intellekt və məlumat analizi üzrə mütəxəssislərə tələbat hər il artır. Yerli və xarici şirkətlər bu sahədə peşəkar kadrlara rəqabətli şərtlər təklif edir.”

Akif Nəsirlinin fikrincə, maliyyə və bank sektoru da geniş imkanlara malikdir. Mühasibatlıq, maliyyə analizi, audit və sığorta sahələrində ixtisaslı kadrlara həm dövlət, həm də özəl sektorda ehtiyac var.

O bildirib ki, tikinti və memarlıq sahəsi ölkənin infrastruktur layihələri ilə birbaşa əlaqəlidir:

“Mülki mühəndislik, şəhərsalma və layihə idarəetməsi istiqamətlərində mühüm iş imkanları mövcuddur.”

Ekspert əlavə edib ki, turizm və qonaqpərvərlik sektoru da perspektivli sahələr sırasındadır:

“Xüsusilə Bakı və regionların inkişafı fonunda otelçilik menecmenti, turizm marketinqi və çoxdilli kommunikasiya bacarıqlarına malik mütəxəssislərə ehtiyac artır.”

Akif Nəsirli vurğulayıb ki, kənd təsərrüfatı texnologiyaları və aqrobiznes də dövlət prioritetləri sırasında yer alır. Aqronomluq, torpaqşünaslıq və aqrar iqtisadiyyat üzrə mütəxəssislər üçün investisiya və dəstək imkanları genişlənir.

Onun sözlərinə görə, hüquq və səhiyyə sahələri də sabit tələbat görür:

“Beynəlxalq ticarət hüququ, korporativ hüquq, əqli mülkiyyət sahələri ilə yanaşı, həkimlik, əczaçılıq və tibbi texnologiyalar da gələcək üçün vacib istiqamətlərdir.”

Fatimə Cəfərzadə

Xəbər Lenti

İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35