Azərbaycanda ali təhsil müəssisələri bir sıra vəzifələrə işçi axtarır.
“Tehsil365”in məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universiteti aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
Biologiya — kafedra müdiri 1 yer, dosent 2 yer
Aqrar sahənin iqtisadiyyatı — professor 1 yer, 0,5 şt.v. baş müəllim 1 yer
Meliorasiya və hidrotekniki qurğular — dosent 1 yer
Bağçılıq — dosent 1 yer
Bitkiçilik — dosent 1 yer
Anatomiya və yoluxmayan daxili xəstəliklər — dosent 2 yer
İctimai fənlər — dosent 1 yer
Maliyyə və mühasibat uçotu — dosent 2 yer, 0,5 şt.v. dosent 1 yer
Dillər tədris mərkəzi — dosent 1 yer, baş müəllim 3 yer
Kimya — dosent 1 yer, baş müəllim 1 yer
Ekologiya və meşəçilik — dosent 1 yer, baş müəllim 1 yer
Əczaçılıq — dosent 1 yer, baş müəllim 1 yer
Ümumi və xüsusi zootexniya — dosent 1 yer, baş müəllim 1 yer
Bitki mühafizəsi — baş müəllim 1 yer
Qida mühəndisliyi və şərabçılıq — baş müəllim 1 yer
İnformasiya texnologiyaları — baş müəllim 1 yer
Epizootologiya, mikrobiologiya və parazitologiya — baş müəllim 2 yer
Aqrobiznes, menecment və marketinq — baş müəllim 3 yer, 0,5 şt.v. baş müəllim 2 yer
Gigiyena və qida təhlükəsizliyi — baş müəllim 1 yer
Ümumi əkinçilik, genetika və seleksiya — baş müəllim 1 yer
Yerquruluşu — baş müəllim 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlər elanın nəşr olunduğu gündən 1 ay müddətində qəbul edilir.
Ünvan: Gəncə şəhəri, Atatürk prospekti.450, telefon: (022) 266-00-56,266-89-57, [email protected]
Bundan əlavə, Odlar Yurdu Universiteti “Humanitar, təhsil və dillər”, “Təbiət və texnologiya”, “İqtisadiyyat və idarəetmə” fakültələrinin dekanları vəzifəsinə işçi axtarır.
Namizədlərdən profilə uyğun ali təhsil, elmi dərəcə və elmi ad, ali təhsil müəssisəsində minimum 5 il elmi-pedaqoji təcrübə, rəhbər vəzifədə iş təcrübəsi, akademik və inzibati idarəetmə bacarığı, kollektivlə işləmə və qərarvermə qabiliyyəti tələb olunur.
Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
Şəxsiyyət vəsiqəsinin surəti
• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri.
• Elmi və elmi-metodiki işlərin siyahısı.
• Kadrlar uçotunun şəxsi vərəqəsi.
• Tərcümeyi-hal.
• Fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Namizədlər sənədlərini Odlar Yurdu Universitetinin rektorunun adına yazılmış ərizə ilə birlikdə [email protected] elektron poçt ünvanına göndərə və ya universitetin inzibati binasında (Bakı, Koroğlu Rəhimov küçəsi13) İnsan Resursları departamentinə təqdim edə bilərlər.
Son müraciət tarixi - elanın yerləşdirildiyi tarixdən etibarən 30 gündür.

