Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzində Yerdəki ulduzlar filminin nümayişi keçirilib. Nümayişin əsas məqsədi universitet daxilində və cəmiyyətdə inklüziv təhsillə bağlı maarifləndirmənin gücləndirilməsidir.
“Tehsil365” xəbər verir ki, ekran əsərində öyrənmə çətinlikləri olan şagirdin qarşılaşdığı problemlər, eləcə də innovativ pedaqoji yanaşma tətbiq edən müəllimin onun inkişafına göstərdiyi müsbət təsir əks etdirilir. Universitetin akademik heyəti, inzibati işçiləri və tələbələri tərəfindən izlənilən filmin maarifləndirici xüsusiyyət daşıyır.
Nümayiş çərçivəsində Psixologiya və Pedaqogika kafedrasının müəllimi Ayşəm Məmmədova və İnklüziv Təhsil Mərkəzinin mütəxəssisi Şəfiqə Əliyeva mövzu ilə bağlı məlumat veriblər.
Qeyd edək ki, film mayın 4-dən etibarən həftə içi hər gün saat 13:00-da nümayiş etdiriləcək.

