Təhsil 365 - Logo Mobile

“Cənubi Qafqazda dayanıqlı sülhün şəhərsalma və memarlıq kontekstində rolu” mövzusunda dəyirmi masa keçirilib

7108.05.2026 - 08:03
“Cənubi Qafqazda dayanıqlı sülhün şəhərsalma və memarlıq kontekstində rolu” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin müvafiq kafedraları tərəfindən hibrid formatda “Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda dəyirmi masa keçirilib.

“Tehsil365” xəbər verir ki, dəyirmi masada universitetin tədris işləri üzrə prorektoru, professor, filologiya elmləri doktoru Həmidə Əliyeva, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli, fakültənin professor-müəllim heyəti və tələbələr iştirak edib. Moderator Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının müdiri, professor S. Əliyeva olub.

Dəyirmi masa çərçivəsində çıxış edən ekspertlər mövzunun müxtəlif istiqamətləri üzrə elmi əsaslandırılmış yanaşmalar təqdim edib. Buxarest Universitetinin professoru Katalin Kanstantin “Cənubi Qafqaz şəhərlərinin sülh şəraitində inkişafı” mövzusunda məruzə ilə çıxış edərək şəhərsalma, sosial rifah və urbanizasiyanın inkişaf məsələlərini təhlil edib.

Cənubi Qafqaz şəhərlərinin inkişafının sülh şəraitində yalnız iqtisadi və memarlıq dəyişiklikləri ilə deyil, həm də gündəlik həyat, mədəni irs və kollektiv yaddaş vasitəsilə formalaşdığı, sülhün şəhər məkanlarında sabitlik hissi yaratdığı, bərpa layihələri və urban inkişafın isə keçmişlə gələcək arasında körpü rolunu oynadığı xüsusi vurğulanıb. Çıxışda şəhər transformasiyası və sabitliyin görünən dili, paytaxtdan kənarda təcrid olunmuş məkanlar və həssas müxtəliflik, irs, yaddaş və bərpa prosesləri, yaddaş, birgəyaşayış və regional mürəkkəblik, hərəkətlilik və açıqlıq kimi fikirlər öz əksini tapıb. Cənubi Qafqazda şəhərlərin sülh şəraitində inkişafından danışmağın sırf nəzəri məsələ olmadığı, burada həssas məqamların mövcudluğu vurğulanıb. Regionda inkişaf prosesinin qlobal modellərlə yerli xüsusiyyətlər arasında tarazlıq üzərində qurulduğu və bunun xüsusilə kiçik icmaların, eləcə də mədəni müxtəlifliyin qorunmasında özünü göstərdiyi ekspert tərəfindən qeyd edilib.

Professor bildirib ki, Cənubi Qafqazda şəhərlərin sülh şəraitində inkişafından danışmaq davam edən bir prosesdən bəhs etmək deməkdir. Onun sözlərinə görə, sülh hələ tam formalaşmayıb və hər yerdə eyni şəkildə yaşanmır. Lakin o, artıq dəyişikliklərdə, bərpa proseslərində və gündəlik həyatda özünü göstərməkdədir.

Tədbirdə yerli tədqiqatçıların məruzələri də xüsusi maraq doğurub. ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Xatirə Hacıyeva “Postmünaqişə dövrü və sülh çağırışları” mövzusunda çıxışında postmünaqişə mərhələsində qarşıya çıxan siyasi və sosial problemləri sistemli şəkildə təhlil edib, sülh quruculuğu proseslərinin institusional və humanitar aspektlərini şərh edib. O, qeyd edib ki, 30 il ərzində dağıdılmış, tikililərin hissələri belə qarət edilmiş şəhər və kəndlərin bərpa olunması Azərbaycan dövləti qarşısında ilk növbədə sülhün bərqərar edilməsini şərtləndirir. Azərbaycanda Şəhərsalma və Memarlıq İli çərçivəsində keçirilən bütün tədbirlərin əsas şərtinin sülhün təmin olunması olduğu vurğulanıb.

Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Leyla Hacıyeva “Cənubi Qafqazda sülhün iqtisadi əsasları” mövzusunda məruzəsində iqtisadi inteqrasiya, regional əməkdaşlıq və resursların səmərəli bölüşdürülməsi kontekstində sülhün iqtisadi fundamentini nəzəri baxımdan əsaslandırıb. O, qeyd edib ki, iqtisadi əlaqələrin inkişafının və regional layihələrin uğurla həyata keçirilməsinin əsas şərti regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Onun fikrincə, sabit siyasi mühit olmadan iqtisadi əməkdaşlığın tam potensialını reallaşdırmaq mümkün deyil. Bu baxımdan sülh yalnız siyasi məqsəd deyil, eyni zamanda regionun iqtisadi inkişafını şərtləndirən fundamental amildir.

Qafqazşünaslıq kafedrasının magistrantı Sünbül Qarayevə “Azərbaycan–Gürcüstan əlaqələri: regional əməkdaşlıq və ikitərəfli münasibətlər” mövzusunda çıxış edərək iki ölkə arasında mövcud siyasi, iqtisadi və strateji tərəfdaşlıq münasibətlərini müqayisəli təhlil müstəvisində təqdim edib.

Nəticə etibarilə, dəyirmi masa çərçivəsində aparılan müzakirələr Cənubi Qafqaz regionunda davamlı sülhün təmin olunması, regional əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi və mövcud problemlərin elmi əsaslarla həlli istiqamətində mühüm nəzəri və praktiki əhəmiyyət kəsb edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Şagirdlərdə məntiqi düşünmə bacarıqları zəifləyir”- AÇIQLAMA08.05.2026 - 10:00
BDU-nun dosenti vəfat edib08.05.2026 - 09:50
Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq08.05.2026 - 09:44
Azərbaycan musiqisinin unudulmaz siması - Soltan Hacıbəyov08.05.2026 - 09:32
Yerin məsafədən öyrənilməsində müasir texnologiyalar və süni intellektin rolu - elmi seminar08.05.2026 - 09:20
BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır08.05.2026 - 09:09
ADU-da fəaliyyət göstərən “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs keçirilib08.05.2026 - 09:00
ADU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş açıq dərs keçirilib08.05.2026 - 08:47
“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir08.05.2026 - 08:36
Magistraturanın II cəhdinə qatılacaq namizədlərə müraciət 08.05.2026 - 08:26
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib08.05.2026 - 08:16
ADU-da "Yerdəki ulduzlar" filminin nümayişi keçirilib08.05.2026 - 07:51
ADU-da “Memarlıq abidələrində arxeoloji tədqiqatlar” mövzusunda elmi təlim keçirilib08.05.2026 - 07:42
9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək08.05.2026 - 07:30
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər08.05.2026 - 07:20
Bu günə olan hava proqnozu 08.05.2026 - 07:10
Şuşa şəhərinin 1992-ci ildə işğalı Azərbaycanın tarixində mühüm hadisə kimi yadda qalıb08.05.2026 - 07:00
Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub08.05.2026 - 06:36
“Qarabağ” 2014-cü ildə Azərbaycan çempionu olub08.05.2026 - 06:18
Tamara Gözəlova Azərbaycan mədəniyyətində yaddaqalan iz buraxıb08.05.2026 - 06:00
Tanınmış jurnalist Rauf Talışinski Azərbaycan mediasında iz qoyub08.05.2026 - 05:42
Milli Qəhrəman Albert Aqarunovun igidliyi unudulmur08.05.2026 - 05:18
Milli Qəhrəman Şahlar Şükürov Vətən uğrunda canından keçib08.05.2026 - 05:06
Soltan Hacıbəyov Azərbaycan musiqi sənətində silinməz iz qoyub08.05.2026 - 04:36
Əməkdar incəsənət xadimi Zirəddin Tağıyev yaddaşlarda yaşayır08.05.2026 - 04:18
Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb08.05.2026 - 04:06
Cəfər Xəndanın Azərbaycan ədəbiyyatındakı mühüm rolu08.05.2026 - 04:00
Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16