Təhsil 365 - Logo Mobile

ADU-da fəaliyyət göstərən “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs keçirilib

8208.05.2026 - 09:00
ADU-da fəaliyyət göstərən “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs keçirilib

Mayın 7-də Azərbaycan Dillər Universitetində Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Mirəhməd qızı Seyidin təşkilatçılığı ilə universitetin “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs təşkil olunub. Açıq dərsdə Filologiya fakültəsinin Dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alan 157-ci qrup tələbələri iştirak ediblər. Tədbirin əsas məqsədi tələbələrin Qərbi Azərbaycanın tarixi, mədəni və mənəvi irsi haqqında biliklərinin genişləndirilməsi, milli yaddaşın qorunması istiqamətində aparılan elmi və maarifləndirici fəaliyyətlərlə yaxından tanış edilməsindən ibarət olub.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun “Qərbi Azərbaycan” Mərkəzinin rəhbəri dosent Həqiqət Hacıyeva mərkəzin yaranma zərurəti, fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflər barədə ətraflı məlumat verib. O qeyd edib ki, mərkəzin əsas məqsədi Qərbi Azərbaycanın tarixi-coğrafi gerçəkliklərinin, zəngin mədəni irsinin, folklorunun, ədəbiyyatının və milli-mənəvi dəyərlərinin elmi əsaslarla araşdırılması, beynəlxalq akademik müstəvidə tanıdılması və gələcək nəsillərə çatdırılmasıdır.

Dosent Həqiqət Hacıyeva çıxışında vurğulayıb ki, mərkəz çərçivəsində müxtəlif elmi layihələrin, konfransların, seminarların, maarifləndirici tədbirlərin və media təşəbbüslərinin həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu fəaliyyətlər Qərbi Azərbaycan həqiqətlərinin daha sistemli şəkildə öyrənilməsinə, elmi dövriyyəyə daxil edilməsinə və gənc nəslin milli-mədəni irsə bağlılığının gücləndirilməsinə mühüm töhfə verəcək. Mərkəz rəhbəri həmçinin bildirib ki, universitetin elmi və mədəni həyatında xüsusi yer tutan bu təşəbbüs tələbələrin elmi dünyagörüşünün formalaşmasına və onların vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir.

Daha sonra çıxış edən dosent Vəfa Seyid açıq dərsin əhəmiyyətindən danışaraq qeyd edib ki, belə təşəbbüslər tələbələrin nəzəri biliklərinin praktik müstəvidə zənginləşdirilməsi baxımından xüsusi önəm daşıyır. O bildirib ki, “Qərbi Azərbaycan” Mərkəzinin fəaliyyəti yalnız tarixi keçmişin araşdırılması ilə məhdudlaşmır, o, eyni zamanda bu zəngin irsin müasir dövrdə yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm missiya yerinə yetirir. Dosent Vəfa Seyid xüsusilə vurğulayıb ki, milli yaddaşın qorunması prosesində gənclərin fəal iştirakı olduqca vacibdir və universitet mühiti bu baxımdan mühüm platforma rolunu oynayır.

Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması, onların tarixi həqiqətlər barədə obyektiv məlumatlandırılması və elmi tədqiqat fəaliyyətinə təşviq edilməsi prioritet istiqamətlərdən biridir. Bu baxımdan açıq dərslərin və maarifləndirici görüşlərin təşkili tələbələrin həm akademik, həm də vətəndaşlıq mövqeyinin inkişafında mühüm rol oynayır.

Açıq dərs çərçivəsində tələbələr mərkəzdə nümayiş etdirilən Qərbi Azərbaycanın tarixi və mədəni irsini əks etdirən maddi mədəniyyət nümunələri, arxiv materialları, kitablar və digər elmi resurslarla yaxından tanış olublar. Təqdim olunan eksponatlar və nəşrlər tələbələrdə böyük maraq doğurub, onların mövzu ilə bağlı bilik və təsəvvürlərinin daha da genişlənməsinə şərait yaradıb.

Tədbirin sonunda tələbələr tərəfindən mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və bu kimi maarifləndirici tədbirlərin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb. Açıq dərs iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və universitetdə milli-mədəni irsin öyrənilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətli tərkib hissəsi kimi dəyərləndirilib.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Şagirdlərdə məntiqi düşünmə bacarıqları zəifləyir”- AÇIQLAMA08.05.2026 - 10:00
BDU-nun dosenti vəfat edib08.05.2026 - 09:50
Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq08.05.2026 - 09:44
Azərbaycan musiqisinin unudulmaz siması - Soltan Hacıbəyov08.05.2026 - 09:32
Yerin məsafədən öyrənilməsində müasir texnologiyalar və süni intellektin rolu - elmi seminar08.05.2026 - 09:20
BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır08.05.2026 - 09:09
ADU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş açıq dərs keçirilib08.05.2026 - 08:47
“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir08.05.2026 - 08:36
Magistraturanın II cəhdinə qatılacaq namizədlərə müraciət 08.05.2026 - 08:26
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib08.05.2026 - 08:16
“Cənubi Qafqazda dayanıqlı sülhün şəhərsalma və memarlıq kontekstində rolu” mövzusunda dəyirmi masa keçirilib08.05.2026 - 08:03
ADU-da "Yerdəki ulduzlar" filminin nümayişi keçirilib08.05.2026 - 07:51
ADU-da “Memarlıq abidələrində arxeoloji tədqiqatlar” mövzusunda elmi təlim keçirilib08.05.2026 - 07:42
9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək08.05.2026 - 07:30
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər08.05.2026 - 07:20
Bu günə olan hava proqnozu 08.05.2026 - 07:10
Şuşa şəhərinin 1992-ci ildə işğalı Azərbaycanın tarixində mühüm hadisə kimi yadda qalıb08.05.2026 - 07:00
Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub08.05.2026 - 06:36
“Qarabağ” 2014-cü ildə Azərbaycan çempionu olub08.05.2026 - 06:18
Tamara Gözəlova Azərbaycan mədəniyyətində yaddaqalan iz buraxıb08.05.2026 - 06:00
Tanınmış jurnalist Rauf Talışinski Azərbaycan mediasında iz qoyub08.05.2026 - 05:42
Milli Qəhrəman Albert Aqarunovun igidliyi unudulmur08.05.2026 - 05:18
Milli Qəhrəman Şahlar Şükürov Vətən uğrunda canından keçib08.05.2026 - 05:06
Soltan Hacıbəyov Azərbaycan musiqi sənətində silinməz iz qoyub08.05.2026 - 04:36
Əməkdar incəsənət xadimi Zirəddin Tağıyev yaddaşlarda yaşayır08.05.2026 - 04:18
Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb08.05.2026 - 04:06
Cəfər Xəndanın Azərbaycan ədəbiyyatındakı mühüm rolu08.05.2026 - 04:00
Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16