Təhsil 365 - Logo Mobile

Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq

6208.05.2026 - 09:44
Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq

May ayının 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum aktivliyinin isə mayın 9-u saat 03:00 radələrində baş verəcəyi gözlənilir.

“Tehsil365” xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman Yer kosmosda komet mənşəli toz və daş hissəciklərindən keçəcək və həmin hissəciklər böyük sürətlə Yer atmosferinə daxil olaraq parlaq meteor izləri yaradacaqlar.

η-Lyrid meteor yağışının radiantı Lir (Lyra) bürcündə yerləşir və meteorlar bu nöqtədən çıxırmış kimi görünür. Bu meteor yağışının mənbəyi C/1983 H1 (IRAS–Araki–Alcock) kometi ilə əlaqələndirilir. Bu komet 1983-cü ildə infraqırmızı astronomik peyk IRAS, həmçinin müstəqil olaraq yapon astronomları Geniçi Araki və George Alkock tərəfindən aşkar edilib. Komet uzunperiodlu kometlər sinfinə daxildir. Onun Günəş ətrafında tam bir dövrünü təxminən 970 ildən çox müddətdə tamamladığı hesab olunur. Hər dəfə Günəşə yaxınlaşdıqda kometin səthindən qopan toz və buz hissəcikləri orbit boyunca yayılır və Yer həmin hissəciklər axınından keçdikdə η-Lyrid meteor yağışı yaranır.

η-Lyrid meteoroidləri Yer atmosferinə təxminən 43 km/s sürətlə daxil olur ki, bu da onları orta sürətli meteor axınları sırasına daxil edir. Atmosferə daxil olan hissəciklər sürtünmə nəticəsində qızaraq ionlaşır və gecə səmasında parlaq işıq izləri - meteorlar əmələ gətirir.

Bakıdan müşahidə zamanı η-Lyrid radiantı demək olar ki, bütün gecə üfüqdən yuxarıda olacaq və bu səbəbdən meteor yağışı gecə ərzində izlənilə biləcək. Lakin radiantın səmadakı hündürlüyü gecə ərzində artdığından ən əlverişli müşahidə vaxtı sübhə yaxın saatlar hesab olunur. Radiantın kulminasiya anı təxminən saat 05:00 ətrafında baş verəcək və bu zaman meteorların sayı maksimuma çatacaq. Bunun səbəbi Yerin öz oxu ətrafında fırlanması nəticəsində müşahidə nöqtəsinin meteor axınının istiqamətinə daha optimal yönəlməsidir.

Sübhə yaxın saatlarda radiant yüksəkdə olduğundan meteorlar daha çox sayda, lakin nisbətən qısa izlərlə görünəcək. Gecənin əvvəlində isə meteor sayı az olsa da, onlar atmosferə daha maili daxil olduqları üçün daha uzun izlər buraxacaq. η-Lyrid meteor yağışı çox güclü meteor axınlarından sayılmasa da, qaranlıq səma şəraitində müşahidəçilərə saatda bir neçə parlaq meteor izləmək imkanı yarada bilər.

Zeynəb Quluyeva

Xəbər Lenti

“Şagirdlərdə məntiqi düşünmə bacarıqları zəifləyir”- AÇIQLAMA08.05.2026 - 10:00
BDU-nun dosenti vəfat edib08.05.2026 - 09:50
Azərbaycan musiqisinin unudulmaz siması - Soltan Hacıbəyov08.05.2026 - 09:32
Yerin məsafədən öyrənilməsində müasir texnologiyalar və süni intellektin rolu - elmi seminar08.05.2026 - 09:20
BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır08.05.2026 - 09:09
ADU-da fəaliyyət göstərən “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs keçirilib08.05.2026 - 09:00
ADU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş açıq dərs keçirilib08.05.2026 - 08:47
“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir08.05.2026 - 08:36
Magistraturanın II cəhdinə qatılacaq namizədlərə müraciət 08.05.2026 - 08:26
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib08.05.2026 - 08:16
“Cənubi Qafqazda dayanıqlı sülhün şəhərsalma və memarlıq kontekstində rolu” mövzusunda dəyirmi masa keçirilib08.05.2026 - 08:03
ADU-da "Yerdəki ulduzlar" filminin nümayişi keçirilib08.05.2026 - 07:51
ADU-da “Memarlıq abidələrində arxeoloji tədqiqatlar” mövzusunda elmi təlim keçirilib08.05.2026 - 07:42
9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək08.05.2026 - 07:30
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər08.05.2026 - 07:20
Bu günə olan hava proqnozu 08.05.2026 - 07:10
Şuşa şəhərinin 1992-ci ildə işğalı Azərbaycanın tarixində mühüm hadisə kimi yadda qalıb08.05.2026 - 07:00
Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub08.05.2026 - 06:36
“Qarabağ” 2014-cü ildə Azərbaycan çempionu olub08.05.2026 - 06:18
Tamara Gözəlova Azərbaycan mədəniyyətində yaddaqalan iz buraxıb08.05.2026 - 06:00
Tanınmış jurnalist Rauf Talışinski Azərbaycan mediasında iz qoyub08.05.2026 - 05:42
Milli Qəhrəman Albert Aqarunovun igidliyi unudulmur08.05.2026 - 05:18
Milli Qəhrəman Şahlar Şükürov Vətən uğrunda canından keçib08.05.2026 - 05:06
Soltan Hacıbəyov Azərbaycan musiqi sənətində silinməz iz qoyub08.05.2026 - 04:36
Əməkdar incəsənət xadimi Zirəddin Tağıyev yaddaşlarda yaşayır08.05.2026 - 04:18
Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb08.05.2026 - 04:06
Cəfər Xəndanın Azərbaycan ədəbiyyatındakı mühüm rolu08.05.2026 - 04:00
Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama07.05.2026 - 19:02
Yer kürəsini maqnit qasırğaları bürüyəcək07.05.2026 - 18:54
UNEC-də II Beynəlxalq Türk Dünyası İqtisad Konfransı keçirilib07.05.2026 - 18:46
Ulu Öndərin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib07.05.2026 - 18:45
Həm xərçəngə qalib gəldi, həm də ölkə birincisi oldu07.05.2026 - 18:40
Ədliyyədə iş imkanı ilə bağlı test imtahanı keçirilib07.05.2026 - 18:38
Azərbaycanda 2 universitet 42 vəzifəyə işçi axtarır - SİYAHI07.05.2026 - 18:35
“Sərhəd” hərbi-idman oyunlarının qalibləri müəyyənləşib07.05.2026 - 18:32
Bir gündə 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub - Eşqi Bağırov07.05.2026 - 18:30
624 yaşı olan türbə bu il bərpa olunacaq07.05.2026 - 18:25
“Ən yaxşı manqa” müsabiqəsinin qalibləri məlum olub07.05.2026 - 18:24
Sabah yağış yağacaq07.05.2026 - 18:20
Vəkilliyə qəbulla bağlı test imtahanında 315 nəfər uğur qazanıb07.05.2026 - 18:16