Təhsil 365 - Logo Mobile

AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya

10308.05.2026 - 13:10
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq akademik mühitdə mövqeyini daha da gücləndirməyə davam edir. Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın daxil olduğu Azərbaycan nümayəndə heyəti İtaliyanın Milan şəhərində keçirilən Avropa Universitetləri Sammitində iştirak edib.

Bu barədə “Tehsil365” ə AzMİU-dan bildirilib. “Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə baş tutan nüfuzlu sammitdə AzMİU Azərbaycanın ali təhsil potensialını uğurla təmsil edərək ölkəmizin akademik imkanlarını beynəlxalq auditoriyaya təqdim edib.

Sammit çərçivəsində Azərbaycan universitetləri vahid ölkə pavilyonunda xüsusi stendlərlə çıxış ediblər. AzMİU-nun stendində universitetin müasir təhsil imkanları, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və innovativ layihələri barədə geniş məlumat verilib. Xarici universitetlərin nümayəndələri və akademik dairələr tərəfindən AzMİU-nun xüsusilə mühəndislik, memarlıq və dizayn sahələrindəki inkişaf potensialına böyük maraq göstərilib.

Sammitin ilk günü İtaliyanın Humanitas Universitetində baş tutan rəsmi açılış mərasimi ilə start götürüb. Açılış çərçivəsində nümayəndə heyətləri universitetin müasir infrastrukturu ilə tanış olub, innovativ tədris mühiti, simulyasiya texnologiyalarına əsaslanan təhsil modelləri və praktikyönümlü yanaşmalar barədə ətraflı məlumat əldə ediblər. Bu tanışlıq AzMİU üçün qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Səfər çərçivəsində AzMİU rektoru professor Gülçöhrə Məmmədova İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milan Politexnik Universitetinin rektoru Donatella Şuto ilə görüş keçirib. Görüş zamanı memarlıq və mühəndislik sahələrində birgə proqramların hazırlanması, elmi əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi istiqamətində perspektivlər müzakirə olunub.

Sammit AzMİU üçün konkret nəticələrlə yadda qalıb. Belə ki, sammitin ikinci günü AzMİU ilə Ukraynanın Regionlararası Kadr İdarəetmə Akademiyası, Özbəkistanın Nizami adına Milli Pedaqoji Universiteti, İordaniyanın Əl-Əhliyyə Əmman Universiteti və Türkiyənin Samsun Universiteti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu sənədlər akademik mübadilə proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllimlər üçün yeni beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur.

Qeyd edək ki, AzMİU-nun Avropa Universitetləri Sammitində iştirakı universitetin qlobal akademik məkana inteqrasiyası, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya reytinqlərində mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu cür platformalarda fəal iştirak AzMİU-nun regionda və beynəlxalq səviyyədə innovativ, açıq və rəqabətqabiliyyətli ali təhsil müəssisəsi kimi rolunu daha da gücləndirir.

Zəhra Əliyeva

Xəbər Lenti

Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50
Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb08.05.2026 - 15:40
Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar08.05.2026 - 15:30
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb08.05.2026 - 15:20
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub08.05.2026 - 15:10
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva08.05.2026 - 15:00
Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi08.05.2026 - 15:00
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib08.05.2026 - 14:40
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 13:55
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00