Təhsil 365 - Logo Mobile

Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb

7408.05.2026 - 18:44
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb

Mayın 8-də Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Tehsil365"ə institutdan məlumat verilib.

Əvvəlcə Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafındakı fəaliyyəti və zəngin dövlətçilik irsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə institutun direktoru səlahiyyətlərini icra edən professor Əfsun Sucayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərdən danışıb. O bildirib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin yaranması, respublikamızın nail olduğu yüksək iqtisadi inkişaf, o cümlədən yüzlərlə məhsul istehsal edən kimya sənayesinin inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər hələ 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə neft-kimya sənayesinin inkişafına xüsusi diqqət ayırıb, məhz həmin illərdə Sumqayıtda kimya sənayesinin inkişafı, yeni müəssisələrin yaradılması, mövcud istehsalatın müasirləşdirilməsi sahəsində işlər xeyli sürətlənib. Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında olduğu kimi, elm və təhsilin inkişafında da mühüm rol oynayıb. Onun təşəbbüsü ilə elmi-tədqiqat institutları yaradılıb, ali təhsil müəssisələri modernləşdirilib və təhsil sistemində əsaslı islahatlar aparılıb. 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açılıb və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artıb. Heydər Əliyevin təşəbbüsü və himayəsi sayəsində 1970-ci ildən başlayaraq hər il gənclər SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilib. Həmin dövrdə Sovet İttifaqının 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasına şərait yaradılıb. Bu isə respublikanın milli kadr potensialının daha da gücləndirilməsində mühüm rol oynayıb. Müstəqillik illərində bütün sahələr kimi elm və təhsil sahəsi də daim Ulu Öndərin diqqət mərkəzində olub, bu istiqamətdə bir sıra qanunlar qəbul edilib, islahatlar aparılıb.

Professor çıxışında Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu, ictimai-siyasi sabitliyin və əmin-amanlığın daim qorunduğunu, əhalinin sosial rifahının yüksəldilməsinin dövlətin siyasətində xüsusi istiqamət olduğunu vurğulayıb.

Tədbirdə dosent Faiq Məmmədov, Həmkarlar Təşkilatının sədri dosent Vüsalə Məcidzadə, elmi işçi Nəzakət Əliyeva, beynəlxalq əlaqələr sektorunun əməkdaşları Araz Dövlətov və Natiq Salahov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolundan, elm və təhsil, gənclər siyasətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışıblar.

Nərmin Mustafayeva

Xəbər Lenti

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35
Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI08.05.2026 - 18:30
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub08.05.2026 - 18:28
Sabah 27 dərəcə isti gözlənilir08.05.2026 - 18:25
Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50