Təhsil 365 - Logo Mobile

Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

7308.05.2026 - 18:54
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış

Mayın 8-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.

"Tehsil365" xəbər verir ki, elmi sessiyada muzeyin direktoru akademik Rafael Hüseynov “Hər yeni günlə müasir” adlı məruzə ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasını həm sovet dönəmində 14 il, həm də müstəqillik illərində 10 il idarə etmiş Heydər Əliyev öz xalqının və yurdunun tarixində silinməz izlər qoyub.

Akademik qeyd edib ki, Heydər Əliyev XX əsrin doxsanıncı illərində Azərbaycanın Sovet İttifaqının tərkibində 70 illik mövcudluğundan sonra yenidən qazanılmış dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişafındakı misilsiz əməyinə, müasir milli dövlətin qurucusu olmasına görə sevgi ilə xalqın Ümummilli Lideri adlandırılıb, yaddaşlarda əbədi yaşamaq haqqı qazanıb. Rafael Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinə verdiyi dəyər, klassik irsə qayğısı barədə məlumat verib. O, dahi rəhbər Heydər Əliyevin tariximizin əvəzsiz, nadir şəxsiyyətlərindən biri olduğunu deyib. Alim vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında, mədəniyyətimizin inkişafında tarixi xidmətləri olub. Ulu Öndərin bütün xidmətlərinin fövqündə həmişə istiqlalımızı qorumaq, yaşatmaq, onu dönməz, əbədi etmək dayanıb.

Daha sonra muzeyin digər əməkdaşları məruzələrlə çıxış ediblər.

Filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “Heydər Əliyev ideologiyasında ana dili və milli kimlik” məruzəsi ilə çıxış edərək Ulu Öndərin dil siyasəti və milli-mədəni irsin qorunması istiqamətlərində həyata keçirdiyi tarixi xidmətlərdən bəhs edib.

Filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu Heydər Əliyevin bədii ədəbiyyatda yaradılmış obrazlarını araşdıraraq şair, dramaturq Hidayət Orucovun “Burdan min atlı keçdi” pyesini təhlilə cəlb edib. Elmi sessiyada eyniadlı tamaşadan bir fraqment nümayiş olunub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülsəba Həsənova da “Azərbaycanın muzey quruculuğunda Heydər Əliyevin rolu” məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Heydər Əliyevin muzeyşünaslıq sahəsi üzrə imzaladığı qərarlarda elmi-tədqiqat işlərinin aparılması, ekspozisiyaların yenidən qurulması və təkmilləşdirilməsi, xarici ölkələrdə sərgilərin təşkili məsələləri xüsusi yer alıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35
Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI08.05.2026 - 18:30
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub08.05.2026 - 18:28
Sabah 27 dərəcə isti gözlənilir08.05.2026 - 18:25
Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50