Təhsil 365 - Logo Mobile

Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

10308.05.2026 - 13:55
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil365” ə bildirilib ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding” (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

Yazı işlərinin onlayn yoxlanılması üçün proqram təminatı DİM mütəxəssisləri tərəfindən hazırlanıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 52687 nəfərdən 462 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 3 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 7 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, ingilis dilində tədris alan 1 nəfər 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür. Maksimal bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 12 may saat 10:00-dan 14 may saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

-Apellyasiya komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

-Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

-Şagirdlərin apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra şagirdlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Zəhra Əliyeva

Xəbər Lenti

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib08.05.2026 - 14:40
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya08.05.2026 - 13:10
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00
“Şagirdlərdə məntiqi düşünmə bacarıqları zəifləyir”- AÇIQLAMA08.05.2026 - 10:00
BDU-nun dosenti vəfat edib08.05.2026 - 09:50
Mayın 14-dək η-Lrid meteor yağışı müşahidə olunacaq08.05.2026 - 09:44
Azərbaycan musiqisinin unudulmaz siması - Soltan Hacıbəyov08.05.2026 - 09:32
Yerin məsafədən öyrənilməsində müasir texnologiyalar və süni intellektin rolu - elmi seminar08.05.2026 - 09:20
BDU Pakistanın Çitral Universiteti ilə əməkdaşlığa başlayır08.05.2026 - 09:09
ADU-da fəaliyyət göstərən “Qərbi Azərbaycan” Mərkəzində açıq dərs keçirilib08.05.2026 - 09:00
ADU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş açıq dərs keçirilib08.05.2026 - 08:47
“WhatsApp”da qəribə TREND - Bu mesajlar silinir08.05.2026 - 08:36
Magistraturanın II cəhdinə qatılacaq namizədlərə müraciət 08.05.2026 - 08:26
Milanda Azərbaycan ali təhsilinə həsr olunmuş panel sessiya keçirilib08.05.2026 - 08:16
“Cənubi Qafqazda dayanıqlı sülhün şəhərsalma və memarlıq kontekstində rolu” mövzusunda dəyirmi masa keçirilib08.05.2026 - 08:03
ADU-da "Yerdəki ulduzlar" filminin nümayişi keçirilib08.05.2026 - 07:51
ADU-da “Memarlıq abidələrində arxeoloji tədqiqatlar” mövzusunda elmi təlim keçirilib08.05.2026 - 07:42
9 illik təhsil səviyyəsi üzrə 6 imtahan keçiriləcək08.05.2026 - 07:30
İqlim dəyişikliyi minlərlə bitki növünü məhv edə bilər08.05.2026 - 07:20
Bu günə olan hava proqnozu 08.05.2026 - 07:10
Şuşa şəhərinin 1992-ci ildə işğalı Azərbaycanın tarixində mühüm hadisə kimi yadda qalıb08.05.2026 - 07:00
Azərbaycan və İsveç arasında diplomatik əlaqələrin əsası 1992-ci ildə qoyulub08.05.2026 - 06:36
“Qarabağ” 2014-cü ildə Azərbaycan çempionu olub08.05.2026 - 06:18
Tamara Gözəlova Azərbaycan mədəniyyətində yaddaqalan iz buraxıb08.05.2026 - 06:00
Tanınmış jurnalist Rauf Talışinski Azərbaycan mediasında iz qoyub08.05.2026 - 05:42
Milli Qəhrəman Albert Aqarunovun igidliyi unudulmur08.05.2026 - 05:18
Milli Qəhrəman Şahlar Şükürov Vətən uğrunda canından keçib08.05.2026 - 05:06
Soltan Hacıbəyov Azərbaycan musiqi sənətində silinməz iz qoyub08.05.2026 - 04:36
Əməkdar incəsənət xadimi Zirəddin Tağıyev yaddaşlarda yaşayır08.05.2026 - 04:18
Milli Qəhrəman İlqar Mirzəyev qəhrəmanlığı ilə tarixə yazılıb08.05.2026 - 04:06
Cəfər Xəndanın Azərbaycan ədəbiyyatındakı mühüm rolu08.05.2026 - 04:00
Direktorları üçün adaptasiya proqramına start verilib07.05.2026 - 19:54
Heydər Əliyev qrantı ilə təhsil alan əcnəbi tələbələr BMU-da07.05.2026 - 19:46
Sabah yağış yağacaq07.05.2026 - 19:38
Azərbaycanda alim vəfat etdi07.05.2026 - 19:32
BMU-da Ulu öndər Heydər Əliyevin 103-cü ildönümü qeyd edilib07.05.2026 - 19:25
77 tələbə zəhərləndi07.05.2026 - 19:16
Özünü şagird kimi təqdim edən 28 yaşlı qadın saxlanılıb07.05.2026 - 19:08