Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının kursantları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan fləş-mob keçirib.
Bu barədə “Tehsil365"ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fləş-mobda “Hər zaman qəlbimizdə...” və “Sonsuzadək izinizdəyik!” kompozisiyası nümayiş olunub.

