Təhsil 365 - Logo Mobile

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

8508.05.2026 - 19:55
WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində, mayın 11-17-də paytaxtımızda “Bakı şəhərsalma həftəsi” təşkil olunacaq. Bakı şəhərinin müxtəlif məkanlarında eyni anda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

“Tehsil365" xəbər verir ki, ölkə səviyyəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya nöqtəsi olan “Bakı şəhərsalma həftəsi” dövlət qurumlarını, şəhərsalma mütəxəssislərini, akademik dairələri, mədəniyyət nümayəndələrini, gənc innovatorları və geniş ictimaiyyəti bir araya gətirəcək.

Həftə çərçivəsində keçiriləcək tədbirlər şəhərin müxtəlif məkanlarını, o cümlədən tarixi abidələri, mədəni irs nümunələrini və müasir şəhərsalma həllərinin tətbiq olunduğu məkanları əhatə edəcək.

Tədbirlər silsiləsi qlobal müzakirələrin Bakının unikal şəhərsalma kontekstinə uyğunlaşdırılmasını, eləcə də şəhər sakinləri və xarici qonaqların bu müzakirələrdə yaxından və fəal iştirak etmələri üçün imkanların yaradılmasını hədəfləyir.

Bakı şəhərsalma həftəsi geniş ictimaiyyət üçün açıq platforma kimi nəzərdə tutulub və dörd əsas istiqamət üzrə təşkil olunacaq.

“Fənlərarası Şəhər Dialoqu” çərçivəsində konfranslar, panel müzakirələri və ekspert görüşləri vasitəsilə yerli və beynəlxalq tərəfdaşlar arasında bilik və təcrübə mübadiləsi aparılacaq.

“Urban İnnovasiya Laboratoriyası” innovativ ideyaların real şəhərsalma həllərinə çevrilməsinə dəstək verəcək.

“Urban Marşrutlar” istiqaməti tematik gəzinti marşrutları vasitəsilə Bakının inkişaf mərhələlərini əks etdirən məkanların kəşfini təmin edəcək.

“Urban Mədəniyyət və İncəsənət” istiqaməti isə şəhərsalma mövzularının incəsənət vasitəsilə ifadəsini təşviq edəcək.

“Bakı şəhərsalma həftəsi”nin proqramı, iştirak və qeydiyyat qaydaları barədə məlumatlarla burada tanış ola bilərsiniz.

“Bakı Şəhərsalma Həftəsi” müvafiq dövlət qurumları, akademik və tədqiqat institutlarının iştirakı ilə geniş institusional tərəfdaşlıq formatında həyata keçiriləcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

İlahiyyatçı: "Kərbəla hadisəsi qiyamətə qədər müsəlmanların qəlbində hüzn olaraq qalacaq"20.06.2026 - 09:00
Qərbi Azərbaycana dair elmi nəşrlər NDU-ya hədiyyə olundu - FOTOLAR19.06.2026 - 15:02
"Təmsil yalnız tənqid etməməli, həm də düşündürməli və doğru yol göstərməlidir” Valeh Heydər17.06.2026 - 17:00
Tarixi yaşayanlar və tarixi yaradanlar – Tarix yaradan liderin media siyasəti15.06.2026 - 12:40
Heydər Əliyev və Azərbaycanın Milli Qurtuluş Salnaməsi15.06.2026 - 11:00
OBA XATİRƏLƏRİ - Anamın və Xalamın xatirələrindən09.06.2026 - 11:00
BSU-da Ənvər Abbasovun 75 illiyinə həsr olunan konfrans keçirilib - FOTOLAR05.06.2026 - 11:55
Xəzər Universitetində HASVET Baytarlıq Təbabəti Fakültəsinin yeni tədris binası və klinikasının açılışı keçiriləcək02.06.2026 - 09:00
Bakı Slavyan Universiteti Çin universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb - FOTOLAR01.06.2026 - 13:10
Psixi sağlamlıq problemlərinin qlobal yükü tarixdə ən yüksək səviyyəyə çatıb31.05.2026 - 05:40
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı - Avropamərkəzçilik kəskin tənqid edilir30.05.2026 - 15:00
Müstəqilliyin qorunması: siyasi iradə və milli həmrəylik28.05.2026 - 08:01
Gənclər Fondu gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi elan edir22.05.2026 - 14:00
Rafael Hacıbəyli: "Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur" 21.05.2026 - 16:50
Musiqi dünyasına səyahət - FOTO19.05.2026 - 14:20
BSU Lənkəranda Xarici Dil Müəllimlərinin III Regional Forumunu keçirib - FOTOLAR18.05.2026 - 10:30
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyə teatrları ilə əməkdaşlığa başlayıb14.05.2026 - 19:54
Qərbi Azərbaycan İcmasında kitab təqdimatı14.05.2026 - 19:45
ADAU-da Bitkilərin Adaptasiya Otağı fəaliyyətə başlayıb14.05.2026 - 19:36
Azərbaycanın əməyin mühafizəsi sahəsindəki təcrübəsi beynəlxalq konfransda təqdim olunub14.05.2026 - 19:28
“İmkanlar hər kəs üçün” layihəsi başa çatıb14.05.2026 - 19:24
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir14.05.2026 - 19:16
Gülüstan müqaviləsi haqqında film hazırlanıb14.05.2026 - 19:08
Azərbaycanda tələbə vəfat edib14.05.2026 - 19:04
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı14.05.2026 - 19:02
Dördüncü Bakı Müasir Musiqi Günləri Festivalında yerli və xarici ifaçılar bir araya gələcək14.05.2026 - 18:54
“Xalçalarda memarlıq” sərgisi WUF13-ə həsr olunacaq14.05.2026 - 18:44
“Redaktor” adlı televiziya layihəsinə başlanılır14.05.2026 - 18:36
Azərbaycanın incəsənət nümunələri İstanbulda beynəlxalq sərgidə nümayiş olunur14.05.2026 - 18:27
Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub14.05.2026 - 18:16
İstanbulda Azərbaycan xalça sənətinə həsr edilən sərgi açılıb14.05.2026 - 18:08
Hansı meyvənin şirəsi mədə xərçənginin qarşısını alır?14.05.2026 - 17:55
“Aldanmış Canavar” Kukla Teatrının səhnəsində14.05.2026 - 17:54
Çexiyada kilsədən Müqəddəs Zdislavanın 800 illik kəllə sümüyü oğurlanıb14.05.2026 - 17:45
Azərbaycanda peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilib14.05.2026 - 17:44
UNEC-in dosenti “Sigma Xi” cəmiyyətinin tamhüquqlu üzvü seçilib14.05.2026 - 17:36
SOCAR nümayəndələrinin iştirakı ilə Lənkəranda Dövlət Universitetində seminar keçirilib14.05.2026 - 17:35
Elm və Təhsil Nazirliyinin tabeliyində iki yeni institut yaradılıb14.05.2026 - 17:28
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri”: Əməkdar jurnalist Flora Xəlilzadə ilə görüş14.05.2026 - 17:25
Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri - beynəlxalq elmi konfrans14.05.2026 - 17:16
Fizika və Kimya institutları arasında hərtərəfli əməkdaşlığı nəzərdə tutan memorandum imzalanıb14.05.2026 - 17:15
Cənubi Xəzər hövzəsində neft yataqları ilə bağlı araşdırma aparılıb14.05.2026 - 17:06
Musiqi məktəblərində işləyən müəllimlərin diqqətinə!14.05.2026 - 17:05
SOCAR və “Uzbekneftegaz” rəhbərləri BANM tələbələri ilə görüşüblər14.05.2026 - 17:00
Ağdaş şəhəri üzrə təhsil sektoruna yeni müdir təyin edilib14.05.2026 - 16:55
Tibb eksperti Adil Qeybulla: “Hantavirusla bağlı narahatlıq əsassız deyil”14.05.2026 - 16:45
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsi keçiriləcək14.05.2026 - 16:45
Bu ildən rezidenturaya qəbul imtahanının II mərhələsi elektron olacaq14.05.2026 - 16:35