Təhsil 365 - Logo Mobile

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib

10408.05.2026 - 14:40
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib

Azərbaycan xalqının Ümummilli Lideri, çağdaş Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycanın Almaniyadakı səfirliyinin, Mədəniyyət Nazirliyinin, Azərbaycan Diasporuna Dəstək Fondunun və Almaniya Azərbaycanlıları Alyansının birgə təşəbbüsü ilə Berlində geniş konsert proqramı təşkil olunub.

“Tehsil365” xəbər verir ki, Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsində, dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna xidmətlərindən bəhs edib. Səfir bildirib ki, 1990-cı illərin əvvəllərində mürəkkəb siyasi və iqtisadi şəraitdə Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycanda sabitlik bərpa olundu, dövlət institutları gücləndirildi və ölkəmizin gələcək inkişafının əsasları qoyuldu. Diplomat qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrildi, xüsusilə enerji siyasəti ölkəmizin strateji əhəmiyyətini daha da artırdı. Avropa ilə əməkdaşlığa xüsusi önəm verən Ümummilli Liderin 1996-cı ildə Almaniyaya rəsmi səfərinin Azərbaycan-Almaniya münasibətlərində mühüm dönüş nöqtəsi olduğu qeyd edilib, hazırda ikitərəfli əlaqələrin qarşılıqlı hörmət və etimad əsasında uğurla inkişaf etdiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun gerçəkləşdiyi qeyd olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Ulu Öndərin strateji kursunda Almaniya ilə münasibətlərin inkişafı xüsusi yer tutub və bu gün Azərbaycan-Almaniya əməkdaşlığı iqtisadiyyat, təhsil, innovasiya və mədəni-humanitar sahələrdə uğurla davam edir. Qeyd olunub ki, birgə layihələr, festivallar və konsert proqramları xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir. Bu konsert proqramının da bu baxımdan musiqinin birləşdirici gücünü nümayiş etdirərək Azərbaycan ilə Almaniya arasında dostluq münasibətlərinin bariz ifadəsinə çevrildiyi xüsusi vurğulanıb.

Çıxışlardan sonra tədbir bədii proqramla davam edib. “Simurq” muğam ansamblının təqdim etdiyi konsertdə Azərbaycan muğamının zəngin ənənələri müasir musiqi elementləri ilə harmonik şəkildə təqdim olunub. Solistlər Mirələm Mirələmovun və Əməkdar artist Şölə Səfərəliyevanın emosional ifaları və musiqiçilərin milli alətlərdə nümayiş etdirdikləri yüksək peşəkarlıq tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsert proqramında Elnur Mikayılovun kamança, Anar Vəlizadənin balaban, Zəki Vəliyevin tar, Əməkdar artis Kamran Kərimovun nağara, İdris Hüseynov ud və Vasif Huseynin pianoda ifaları milli musiqinin klassik ruhunu caz ritmləri ilə birləşdirərək gecəyə xüsusi ovqat bəxş edib. Xalq artisti Faiq Sücəddinovun Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya” və digər musiqi əsərləri bəstəkarın öz ifasında xüsusi alqışlarla qarşılanıb. Xalq artisti Əlixan Səmədovun balabanda əsrarəngiz ifası isə konsert proqramına xüsusi rəng qataraq tamaşaçılarda unudulmaz təəssürat yaradıb.

Konsertdən sonra Azərbaycan mətbəxinin ləziz təamları təqdim olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50
Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb08.05.2026 - 15:40
Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar08.05.2026 - 15:30
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb08.05.2026 - 15:20
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub08.05.2026 - 15:10
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva08.05.2026 - 15:00
Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi08.05.2026 - 15:00
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 13:55
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya08.05.2026 - 13:10
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00