Təhsil 365 - Logo Mobile

Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva

12208.05.2026 - 15:00
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva

Yeniyetməlik dövrü insan həyatının həm fiziki, həm emosional, həm də sosial baxımdan ən həssas mərhələlərindən biridir. Bu dövrdə şəxsiyyət formalaşır, özünü tanıma prosesi başlayır və gənc həm daxili, həm də xarici dəyişikliklərlə qarşılaşır. Buna görə də yeniyetmələrdə müəyyən psixoloji çətinliklərin müşahidə olunması kifayət qədər yayğındır

Bu sözləri “Tehsil365” ə açıqlamasında , psixoloq Mətanət Əliyeva bildirib.

“Ən çox rast gəlinən problemlərdən biri narahatlıq və təşviş (anksiyete) hallaridir. Yeniyetmələr gələcəklə bağlı qeyri-müəyyənlik, imtahan stressi, sosial münasibətlər və özünü qəbul etmə ilə bağlı gərginlik yaşaya bilirlər. Bununla yanaşı, depressiv əlamətlər də geniş müşahidə olunur. Uzunmüddətli kefsizlik, motivasiya azalması, özünə qapanma, dəyərsizlik hissi və emosional boşluq bu dövrdə diqqət çəkən əlamətlərdəndir. Özünəinam problemləri və bədən görünüşü ilə bağlı narahatlıqlar da yeniyetməlikdə çox yayılmışdır. Sosial media və ideal obrazlarla davamlı müqayisə gənclərdə yetərsizlik hissini artırır. Bu isə həm emosional vəziyyətə, həm də sosial münasibətlərə təsir göstərə bilir.Digər tərəfdən, aqressiv davranışlar, emosional impulsivlik və ailə ilə konfliktlər də bu yaş dövründə tez-tez rast gəlinir. Yeniyetmə öz müstəqilliyini formalaşdırmağa çalışdığı üçün bəzən sərhədlərə qarşı reaksiya verir və emosiyalarını idarə etməkdə çətinlik yaşayır.Müasir dövrdə daha çox rast gəlinən problemlərdən biri də ekran və sosial media asılılığıdır. Uzun müddət telefon, planşet və digər ekran qarşısında vaxt keçirmək yeniyetmələrin həm psixoloji, həm də sosial inkişafına təsir göstərə bilir. Bu vəziyyət diqqət problemləri, yuxu pozuntuları, emosional gərginlik, sosial təcrid və real ünsiyyət bacarıqlarının zəifləməsi ilə nəticələnə bilər. Eyni zamanda sosial mediada ideal həyat görüntüləri ilə davamlı qarşılaşmaq yeniyetmələrdə özünü müqayisə etmə, özgüvən azalması və emosional tükənmə hissini gücləndirə bilir.Son illərdə tükənmişlik hissi, motivasiya azalması və diqqət dağınıqlığı da yeniyetmələr arasında daha çox müşahidə olunur. Bəzi hallarda isə özünəzərər davranışları və ciddi emosional risklər ortaya çıxa bilir ki, bu zaman mütəxəssis dəstəyi vacib olur.Qeyd etmək vacibdir ki, yeniyetməlik dövründə müəyyən emosional dəyişikliklər normal inkişaf prosesinin bir hissəsidir. Lakin bu çətinliklər uzunmüddətli olduqda, gündəlik funksionallığa təsir etdikdə və yeniyetmənin həyat keyfiyyətini azaltdıqda psixoloji dəstəyə ehtiyac yaranır. Bu dövrdə ən vacib məsələlərdən biri yeniyetməni mühakimə etmədən dinləmək, ona emosional təhlükəsizlik hissi vermək və “səni anlayıram” mesajını ötürməkdir. Dəstəkləyici ailə mühiti, sağlam ünsiyyət və balanslı texnologiya istifadəsi yeniyetmənin psixoloji rifahında çox böyük rol oynayır.”

Zəhra Əliyeva

Xəbər Lenti

Çində ahıllar üçün “birsaatlıq övlad” xidməti15.10.2026 - 19:59
Xəzər Universitetində beynəlxalq əməkdaşlığ15.10.2026 - 19:58
Teleqramda yeni funksiya15.10.2026 - 19:58
Xəzər Universitetində kiberhücumundan danışılıb15.10.2026 - 19:57
Xəzər Universitetində dərs muzeydə keçirilib15.10.2026 - 19:56
Müğənninin səhhəti qəfil pisləşib15.10.2026 - 19:55
Qarabağ Universitetində əcnəbi tədqiqatçılarla görüş baş tutub 15.10.2026 - 19:40
Qarabağ Universitetində vergi görüşü15.10.2026 - 19:35
ADU-da elmi seminar keçirilib15.10.2026 - 19:30
Dermatoloq Tünzalə Əzizli: Keyfiyyətsiz və düzgün yuyulmayan geyimlər məktəblilərdə dəri problemlərinə səbəb ola bilər”15.10.2026 - 19:25
Yaponiya səfiri ADU-da olub15.10.2026 - 19:20
SABAH City-də konfrans kecirildi15.10.2026 - 19:15
Ağa Hacıbəyli: ”Azərbaycan uzun illər dini tədrisi Bakı İslam Universiteti və regionlardakı mədrəsələr vasitəsilə davam etdirdi”15.10.2026 - 18:50
ADU-da yanlış xəbərlərə qarşı görüş keçirilib15.10.2026 - 18:25
"Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı üzrə 100 nəfər nəfər qalib olub15.10.2026 - 18:10
“Rəqəmsal rabitə “İnformasiya sistemi haqqında əsasnamə qəbul edilib15.10.2026 - 17:52
Bəzi rəsmi qurumları saytlarında problemlər yaranıb15.10.2026 - 17:48
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər15.10.2026 - 17:40
Türkiyədən Azərbaycan dünyəvi dövlət modelinə dəstək nümayiş etdirildi15.10.2026 - 17:39
ADPU-nun Şamaxı filialında Xalq şairi Vahid Əzizlə görüş keçirilib.15.10.2026 - 17:31
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçiriləcək15.10.2026 - 17:30
Yaponiyanın məşhur "VIVANT" serialında Azərbaycan mədəniyyəti15.10.2026 - 17:28
“44” filminin saundtreki ABŞ və Böyük Britaniyada ərsəyə gəlib 15.10.2026 - 17:15
Tələbələr “Keşikçidağ” Qoruğunda mağaralar kompleksi ilə tanış oldu 15.10.2026 - 17:10
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib15.10.2026 - 17:02
Qız tələbələr üçün “Vergi Akademiyası” proqramına qəbul başlayıb15.10.2026 - 16:40
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
UNEC alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub15.10.2026 - 16:20
AzTU-da süni intellektin yanlış məlumatlarını aşkarlamaq üçün yeni yanaşma hazırlanır15.10.2026 - 16:16
Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır15.10.2026 - 15:57
Gənc yazıçıların tanınması üçün hansı imkanlar yaradılmalıdır? – İradə Ayteldən açıqlama15.10.2026 - 14:47
Türkmənistanda MAMA "Ana təbiət" beynəlxalq sərgisi açılacaq15.10.2026 - 14:43
Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb15.10.2026 - 14:40
Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi15.10.2026 - 14:37
Qars Qafqaz Universitetində “Azərbaycan Günü”: Təhsil ocağında Mirzə Fətəli Axundzadə guşəsi açılıb15.10.2026 - 14:36
Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib15.10.2026 - 14:33
Gender bərabərliyinə həsr olunmuş seminar keçirilib15.10.2026 - 14:27
Vyetnamın vitse-prezidenti ADNSU-da olub15.10.2026 - 14:24
Peşə təhsili üzrə beynəlxalq təlim iştirakçıları LDU-da olub15.10.2026 - 14:19
Sabah hava çiskinli olacaq15.10.2026 - 14:16
Sabah jurnalistlərin IX qurultayı keçiriləcək15.10.2026 - 14:13
Tələbələr üçün startap və innovasiya imkanları təqdim olunub15.10.2026 - 14:09
LDU-da strateji hədəflər müzakirə olunub15.10.2026 - 14:07
Bakı Slavyan Universiteti XII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək15.10.2026 - 14:02
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib15.10.2026 - 14:00
Pakistanda məktəb damı uçdu: 28 uşaq və 1 müəllimə ölüb 15.10.2026 - 14:00
Paytaxtda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək15.10.2026 - 13:59
Şagird kosmetikaya görə dərsə buraxılmadı: Atası münaqişə yaratdı 15.10.2026 - 13:58