Təhsil 365 - Logo Mobile

BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider

9608.05.2026 - 17:00
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda II respublika elmi konfransı keçirilib.

“Tehsil365“ xəbər verir ki,bu barədə BDU-dan məlumat verilib.

Tarix fakültəsinin dekanı tarix elmləri doktoru, professor İbrahim Zeynalov Ümummilli Lider, BDU-nun Tarix fakültəsinin dünyaşöhrətli məzunu olan Heydər Əliyevin Azərbaycan tarixində mühüm rol oynamış görkəmli şəxsiyyət, onun həyat və fəaliyyətinin gənclərimiz üçün bir örnək olduğunu bildirib. Qeyd edib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin ağır vəziyyətdən çıxardığı ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz sahibi olan dövlətə çevrilib. Tam suveren, güclü iqtisadiyyatı ilə dünya dövlətləri içində öz sözünü deməyə qadir, qalib Azərbaycanın yüksəlişinin əsası Ulu Öndərin uzaqgörən siyasəti ilə qoyulub. Dekan daha sonra konfrans iştirakçılarına müxtəlif elmi-tədqiqat institutları və ali təhsil müəssisələrindən konfransa daxil olan tezislər barədə məlumat verib.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri milli qürur hissinin gücləndirilməsi və milli şüurun inkişafına təkan verilməsi olub. Akademik bildirib ki, 1970-ci illər Azərbaycanın quruculuq tarixində xüsusi mərhələ təşkil edir və ölkənin dövlət suverenliyi, beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi, dünya iqtisadiyyatına inteqrasiyası həmin dövrdə formalaşdırılmış iqtisadi potensiala əsaslanır.

Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov çıxışında Azərbaycan tarixinin Heydər Əliyev konsepsiyasına toxunaraq bildirib ki, dövlətçilik ənənələrinin bərpası və zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin dinamik inkişaf yoluna çıxması və beynəlxalq nüfuzunun artması məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində mümkün olub. O vurğulayıb ki, Ulu Öndər müdrik rəhbərliyi, siyasi qətiyyəti və əzmkarlığı ilə müasir dövrün görkəmli siyasi xadimlərindən biri kimi tarixə düşüb və Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib.

Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi Naqif Həmzəyev çıxışında Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə həyata keçirilən islahatların tarixi əhəmiyyətindən bəhs edib. Bildirib ki, 1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn Ulu Öndər keçmiş İttifaqın xammal bazasına çevrilmiş respublika üçün yeni inkişaf strategiyası müəyyənləşdirərək qısa müddətdə mühüm nəticələr əldə edib. Onun sözlərinə görə, 1969–1982-ci illərdə respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı və əmək məhsuldarlığı 2 dəfə, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artıb. Təhsil, elm və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə olunub, formalaşmış sosial-iqtisadi və intellektual potensial isə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm zəmin yaradıb.

Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimova çıxışında bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyin ilk illərində xaos və anarxiyadan xilas olaraq inkişaf və sabitlik yoluna qədəm qoyub. Professor qeyd edib ki, “Əsrin müqaviləsi”nin imzalanması ölkədə siyasi sabitliyin möhkəmlənməsinə və iqtisadi inkişafın sürətlənməsinə ciddi təkan verib. Dünyanın aparıcı şirkətləri ilə bağlanan müqavilələrin Azərbaycanın həm siyasi təhlükəsizliyinin təmin edilməsinə, həm də iqtisadi tərəqqisinə xidmət etdiyini vurğulayan professor bildirib ki, “Şahdəniz” yatağının kəşfi və qaz layihələrinin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq enerji bazarında mövqelərini daha da gücləndirib. Bu gün Azərbaycan iştirakçısı və təşəbbüskarı olduğu beynəlxalq enerji layihələri ilə regional iqtisadi inkişafın aparıcı qüvvəsinə və Avroatlantik məkanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.

Konfrans işini plenar iclas və 6 bölmə iclası ilə davam etdirib.

Mehriban İbadova

Xəbər Lenti

Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50
Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb08.05.2026 - 15:40
Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar08.05.2026 - 15:30
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb08.05.2026 - 15:20
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub08.05.2026 - 15:10
Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi08.05.2026 - 15:00
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva08.05.2026 - 15:00
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib08.05.2026 - 14:40
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 13:55
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya08.05.2026 - 13:10
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00