Təhsil 365 - Logo Mobile

Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

9608.05.2026 - 17:15
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib

Mayın 7-də Azərbaycanın Bolqarıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bu barədə səfirlikdən məlumat verilib.

Bildirilib ki, səfir Elmar Məmmədov tədbirdə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsindəki xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Heydər Əliyev mürəkkəb bir dövrdə ölkəni böhrandan çıxararaq sabitlik və inkişaf yoluna yönəldib. Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strateji kursun uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə Heydər Əliyevin Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişafındakı rolu xüsusi qeyd olunub. Vurğulanıb ki, onun 1995-ci ildə Bolqarıstana səfəri zamanı imzalanmış Dostluq və Əməkdaşlıq Müqaviləsi iki ölkə arasında tərəfdaşlığın əsasını qoyub.

Bolqarıstanın Azərbaycandakı ilk səfiri olmuş İvan Palçev Heydər Əliyevin liderlik keyfiyyətlərindən və regionda sabitliyə töhfələrindən danışıb.

Sofiya Universitetinin professoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olmuş Georg Georgiev isə Azərbaycanla bağlı xatirələrini bölüşərək Ulu Öndərin enerji strategiyasındakı rolunu yüksək qiymətləndirib.

Sonra Elmar Məmmədov Heydər Əliyevin Azərbaycanın mədəni irsinə, mədəniyyət paytaxtımız Şuşaya verdiyi önəmi vurğulayıb, bu xüsusda səfirlikdə yenicə yaradılmış, Şuşa şəhərinin adını daşıyan zalda ilk tədbirin məhz Ümummilli Liderin xatirəsinə həsr edilməsinin təsadüfi olmadığını qeyd edib.

Diplomat Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətini qeyd edib, hazırda Qarabağda və Şərqi Zəngəzurda geniş bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.

Elmar Məmmədov bildirib ki, 2022-ci ildə Şuşa ilə Veliko Tırnovo arasında imzalanmış qardaşlaşma memorandumu çərçivəsində yaradılması planlaşdırılan “Şuşa Parkı” iki ölkə arasında strateji tərəfdaşlıq və mədəni əlaqələrin yeni simvolu olacaq.

Tədbir çərçivəsində pianoçu Ana Linçevanın ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim edilib, Azərbaycan bəstəkarlarının və xalq musiqisinin nümunələri səsləndirilib.

Sonda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

Mehriban İbadova

Xəbər Lenti

Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50
Pedaqoji Universitetlə Coğrafiya İnstitutu arasında anlaşma memorandumu imzalanıb08.05.2026 - 15:40
Vəkillik institutunun rolu və tələbələr üçün imkanlar08.05.2026 - 15:30
Daxili İşlər Nazirliyi və ADA Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb08.05.2026 - 15:20
Tbilisidə ustad aşıq Hüseyn Saraçlının 110 illiyi qeyd olunub08.05.2026 - 15:10
Yeniyetmələrdə ən çox rast gəlinən psixoloji problemlər hansılardır? Mətanət Əliyeva08.05.2026 - 15:00
Elmi-praktik konfrans: Heydər Əliyevin dövlətçilik fəlsəfəsi08.05.2026 - 15:00
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Berlində qeyd edilib08.05.2026 - 14:40
Bir Nəslin Qüruru – Mənim Babam08.05.2026 - 14:25
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 14:10
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 13:55
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 13:40
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 13:25
AzMİU Avropa Universitetləri Sammitində: yeni tərəfdaşlıqlar və qlobal akademik inteqrasiya08.05.2026 - 13:10
Azərbaycan alimləri Strasburqda beynəlxalq elmi konfransda iştirak ediblər08.05.2026 - 13:00
Heydər Əliyev ideyaları müasir Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir08.05.2026 - 12:55
Polimer Materialları İnstitutunda Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 12:40
BMU tələbələrinin startapları “Caspian Agro 2026” və “InterFood Azerbaijan” sərgilərində nümayiş olunub08.05.2026 - 12:25
Girne Amerikan Universitetinin rektoru BDU-da olub08.05.2026 - 12:10
“Yeni dövrün Azərbaycanı” – BSU-da beynəlxalq elmi konfrans08.05.2026 - 12:00