Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
“Tehsil365“ xəbər verir ki, bununla əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi mayın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.

