Təhsil 365 - Logo Mobile

Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

9808.05.2026 - 17:45
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub

Ümummilli Lider Heydər Əliyev xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyub.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 8-də Şəki şəhərində keçirilən Heydər Əliyev mərkəzlərinin “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni dəyərləri” mövzusunda Ümumrespublika müşavirəsində səsləndirilib. Müşavirə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunub.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə mədəniyyət naziri Adil Kərimli, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, nazirliyinin rəsmiləri, alimlər, ziyalılar, ölkəmizdəki Heydər Əliyev mərkəzlərinin rəhbər və əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndərin Mərkəzin qarşısında ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Sonra tədbir iştirakçıları və qonaqlar Heydər Əliyev Mərkəzinin ekspozisiyası ilə, Ulu Öndərə həsr edilən foto və kitablardan ibarət sərgilərlə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək, bütün həyatını və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli Liderin Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən danışıb. Bildirilib ki, Ulu Öndər Azərbaycan tarixində müstəqil və suveren dövlətin simvolu, cəsur insan, ən böyük vətəndaş kimi qalıb. Bu gün ölkəmizin əldə etdiyi bütün uğurlar bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Nazir bildirib ki, Ümummilli Liderin doğum günü ərəfəsində Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirələrinin keçirilməsi artıq ənənə halını alıb. Bakı şəhərində yerləşən və əsas mərkəz sayılan Heydər Əliyev Mərkəzinin rəhbərliyi ilə yerlərdə fəaliyyət göstərən mərkəzlərin birgə işinin əlaqələndirilməsi üçün mütəmadi olaraq belə tədbirlər həyata keçirilir. Ulu Öndərin irsinin, dövlətçilik fəlsəfəsinin, onun siyasi fəaliyyətinin, həyatının dərindən öyrənilməsi, geniş araşdırılması və təbliği baxımından belə tədbirlərin keçirilməsi olduqca önəmlidir. Mədəniyyət Nazirliyinin nəzdində olan Heydər Əliyev mərkəzləri də Ulu Öndərin həyat və fəaliyyətinin, onun siyasi fəaliyyətinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin geniş öyrənilməsi, tədqiqi, təbliği və gənclər arasında onun daha geniş şəkildə təbliğ edilməsi istiqamətində vahid bir fəaliyyət həyata keçirirlər.

Mədəniyyət naziri deyib: “Azərbaycanın mədəniyyət dəyərləri və Ulu Öndərin fəaliyyəti, onun dövlətçilik fəlsəfəsi bir-birinə sıx bağlıdır. Təbii ki, Ulu Öndər lap gənclik illərindən, hətta uşaq yaşlarından mədəniyyətə çox bağlı idi. Onun ömrü, fəaliyyəti mədəniyyətə bağlı keçib. Ulu Öndərin həyatı, fəaliyyəti bütövlükdə mədəniyyətlə sıx əlaqəli idi, eyni zamanda, bu bağlılıq onun dövlətçilik fəlsəfəsinə, idarəetmə siyasətinə sirayət edib. Onun Azərbaycana rəhbərliyi dövründə idarəetmə fəaliyyətində hər zaman mədəniyyət dövlət siyasətinin əsas təməl istiqaməti kimi götürülüb. Ulu Öndər mədəniyyətin bütün sahələrini diqqətdə saxlayıb, milli kimliyin formalaşmasında iştirak edən mədəniyyət xadimlərini, alimləri əsas tutaraq, onlara daim qayğıkeş yanaşıb və mədəniyyətin bütün istiqamətlərinin formalaşması və inkişafı üçün lazımi şəraiti yaradıb. Bugünkü milli Azərbaycan dövlətçiliyinin formalaşmasına gətirib çıxaran da məhz Ulu Öndərin təməlini qoyduğu həmin dəyərlər üzərində formalaşan Azərbaycan dövlətçiliyi ənənəsidir. Ona görə də təsadüfi deyildir ki, bütün əsaslarda, sənədlərdə məhz Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin əsasını, təməlini qoyan bir şəxsiyyət, dəyərli siyasətçi kimi qiymətləndirilir”.

Sonra Ulu Öndərə həsr olunan videoçarx nümayiş etdirilib.

Müşavirədə dövlət xadimi, diplomat və tarixçi Həsən Həsənov, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru İradə Hüseynova çıxış edərək Ulu Öndərlə görüşləri ilə bağlı xatirələrini bölüşüblər.

Müşavirədə, həmçinin Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Mehbarə Fətullayeva və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin və Bakı şəhəri Yasamal rayonu Ağsaqqallar Şurasının sədri Fuad Məmmədov çıxış ediblər.

Sonra Heydər Əliyev mərkəzlərinin çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Səmərəli fəaliyyətinə görə Heydər Əliyev mərkəzlərinin bir qrup əməkdaşı nazirliyin təşəkkürnaməsi ilə təltif edilib.

Müşavirə çərçivəsində tarix elmləri doktoru Fuad Məmmədovun Heydər Əliyev mərkəzlərinin rəhbərləri üçün “Yüksək mədəniyyətli insan (Davranış mədəniyyəti)” mövzusunda mühazirəsi dinlənilib.

Sonda müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət konsert proqramını izləyiblər.

Mehriban İbadova

Xəbər Lenti

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35
Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI08.05.2026 - 18:30
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub08.05.2026 - 18:28
Sabah 27 dərəcə isti gözlənilir08.05.2026 - 18:25
Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub08.05.2026 - 18:00
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50