Təhsil 365 - Logo Mobile

Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

9808.05.2026 - 18:00
Milli İncəsənət Muzeyində yenilənmiş memorial zalın açılışı olub

Mayın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş yenilənmiş memorial zalın açılışı olub.

“Tehsil365“ xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn zal Ulu Öndər Heydər Əliyevin və Zərifə Əliyevanın zəngin həyat və fəaliyyət yolunu müasir təqdimat vasitələri ilə əks etdirən ekspozisiya məkanı kimi yenidən qurulub.

Açılışdan əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın zəngin həyat yolu Azərbaycan tarixində xüsusi yer tutur. O qeyd edib ki, onların fəaliyyəti bu gün və gələcək nəsillər üçün mühüm mənəvi istiqamət rolunu oynayır. Onun sözlərinə görə, bu irsin gənc nəslə çatdırılması dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov deyib ki, Azərbaycanın inkişaf tarixində silinməz iz qoymuş Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın dövlətçilik və ictimai fəaliyyəti ölkəmizin bugünkü uğurlarının əsasını təşkil edir. O vurğulayıb ki, bu irsin qorunması və müasir təqdimat formaları ilə gələcək nəsillərə çatdırılması həm milli yaddaşın yaşadılması, həm də cəmiyyətin mənəvi zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikova çıxışında Ulu Öndərin və akademik Zərifə Əliyevanın həyat yolunun əsl məktəb olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məktəb həm vətənpərvərlik, həm də insanlığa xidmət nümunəsidir və onların irsinin muzey müstəvisində təqdim olunması bu dəyərlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Tədbirdə Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Xalq rəssamı, akademik Ömər Eldarov və Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti Azərbaycanın müstəqillik yolunda möhkəm təməl yaradıb, mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət isə milli kimliyin qorunmasına böyük töhfə verib. Zərifə Əliyevanın isə elmi fəaliyyəti, xüsusilə oftalmologiya sahəsindəki xidmətləri onun adını Azərbaycan elminin zirvəsinə yazdırıb.

Çıxış edənlər diqqətə çatdırıblar ki, bu cür irsin təbliği və yaşadılması həm mədəni yaddaşın qorunması, həm də cəmiyyətin mənəvi zənginləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onların fikrincə, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının güclənməsinə və tarixi şəxsiyyətlərə ehtiramın artırılmasına xidmət edir.

Tədbir bədii hissə ilə davam edib.

Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov və Xalq artisti, professor Ülviyyə Hacıbəyovanın ifasında Ulu Öndərin sevdiyi Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Sonra qonaqlar Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş memorial zal ilə tanış olublar.

Memorial zalda Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərləri vasitəsilə bu iki böyük şəxsiyyətin həyat və fəaliyyətinə bədii baxış təqdim olunur. Ekspozisiyada Xalq rəssamı, görkəmli heykəltaraş Ömər Eldarovun “Elegiya” (1988–1989) və “Heydər Əliyevin büstü” (2012) əsərləri nümayiş olunur.

Zalda, həmçinin Xalq rəssamı Tahir Salahovun “Ulu Öndər Heydər Əliyevin portreti” (1998), Oqtay Sadıqzadənin “Akademik Zərifə Əliyevanın portreti” (2000) kimi mühüm sənət nümunələri yer alır.

Ekspozisiyanın mühüm hissəsini Ümummilli Liderin Azərbaycan mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, sərgi və tədbirlərdə iştirakını əks etdirən nadir foto və sənəd materialları təşkil edir. Bu materiallar sırasında onun görkəmli bəstəkar Arif Məlikovun yaradıcılıq gecəsində çıxışı (1995), Xalq rəssamları Toğrul Nərimanbəyov və Maral Rəhmanzadənin sərgilərində iştirakı, eləcə də dünyaşöhrətli musiqiçilər Mstislav Rostropoviç və Qalina Vişnevskaya ilə görüşü kimi tarixi anlar yer alır.

Bundan əlavə, Ümummilli Liderin Azərbaycan incəsənətinin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən müxtəlif tədbirlərdən görüntülər, o cümlədən görkəmli bəstəkar Qara Qarayevə Dövlət mükafatının təqdim olunması və rəssamlarla görüşləri də ekspozisiyada öz əksini tapıb.

Ziyarətçilərə daha dolğun və interaktiv təqdimat məqsədilə memorial zal iriölçülü monitorlarla təchiz olunub. Bu, qonaqlara foto və videomateriallar, sənədli süjetlər və arxiv görüntüləri ilə tanış olmaq imkanı yaradır.

Mehriban İbadova

Xəbər Lenti

WUF13 öncəsi “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək08.05.2026 - 19:55
“İmkanlar hər kəs üçün” sosial layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub08.05.2026 - 19:46
Prezident Kitabxanasında Ulu Öndərin 103 illiyinə həsr olunmuş tədbir təşkil edilib08.05.2026 - 19:38
Polis kursantlarından Ulu Öndərin anadan olmasının 103 illiyinə həsr edilmiş fləş-mob08.05.2026 - 19:34
Müasir Azərbaycanın memarına ehtiram08.05.2026 - 19:25
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərovun fotoları 3 qızıl medala layiq görülüb08.05.2026 - 19:16
Azərbaycan sənədli filmi ABŞ festivalında xüsusi mükafat qazanıb08.05.2026 - 19:08
Doqquzların ən yüksək göstəricili səkkiz şagirdi – FOTOLAR08.05.2026 - 19:00
Bu dərmanları uşaqlara vermək olmaz! – Pediatrdan valideynlərə MÜRACİƏT08.05.2026 - 18:55
Ədəbiyyat Muzeyində Ümummilli Liderin irsinə elmi baxış08.05.2026 - 18:54
“Öz həyatını xalqın taleyinə həsr edən Böyük Lider” – Ağsuda təntənəli tədbir08.05.2026 - 18:50
Ölkə birinciləri təəssüratlarını bölüşdülər... 08.05.2026 - 18:45
Ulu Öndər Heydər Əliyev elm və təhsilin inkişafında mühüm rol oynayıb08.05.2026 - 18:44
Qusarda ümummilli lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib08.05.2026 - 18:40
Seyid Əzim Şirvaniyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib08.05.2026 - 18:36
"İmtahanın mənası elə onun çətin olmasındadır" - Ölkə birincisi08.05.2026 - 18:35
Buraxılış imtahanında maksimum bal toplayan şagirdlərin ADLARI08.05.2026 - 18:30
ADA Universitetində “MyLibAI” kitabxana informasiya axtarış platformasının təqdimatı olub08.05.2026 - 18:28
Sabah 27 dərəcə isti gözlənilir08.05.2026 - 18:25
Buraxılış imtahanının nəticələri açıqlandı08.05.2026 - 18:20
“MediaPulse” təcrübə proqramının növbəti görüşü təşkil edilib08.05.2026 - 18:16
Wi-Fi siqnalını tez gücləndirmək üçün sadə məsləhətlər08.05.2026 - 18:15
Gəncliyi səssizcə məhv edən qidalar08.05.2026 - 18:10
“Rəqəmsal bacarıqlar” proqramlaşdırma müsabiqəsi təşkil edilib08.05.2026 - 18:08
Azərbaycanda hantavirusa yoluxma qeydə alınıb? - Rəsmi açıqlama08.05.2026 - 18:05
300 bal toplayan Nərgiz oxumaq istəydiyi universiteti açıqladı08.05.2026 - 18:00
İnformasiya texnologiyaları mütəxəssisi Natiq Məmişov: “Rəqəmsal təhlükəsizlik üçün iki faktorlu doğrulama vacibdir”08.05.2026 - 17:55
DİN-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib08.05.2026 - 17:55
BMU-nun kollektivi Fəxri xiyabanda Ulu Öndərin xatirəsini ehtiramla yad edib08.05.2026 - 17:54
Şəkidə Heydər Əliyev mərkəzlərinin ümumrespublika müşavirəsi təşkil olunub08.05.2026 - 17:45
Heydər Əliyev və Azərbaycan təbiəti – elmi simpozium08.05.2026 - 17:44
Ümumi orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilmiş imtahanların nəticələri açıqlanıb: 8 nəfər maksimal bal toplayıb08.05.2026 - 17:36
Türk xalqları folklorunda ortaq komik personajlar08.05.2026 - 17:28
AzTU və TAU kollektivi Ulu Öndərin məzarını ziyarət ediblər08.05.2026 - 17:25
Bakı Avropa Liseyində beynəlxalq uşaq rəsm sərgisi və müsabiqələrinin qalibləri mükafatlandırılıb08.05.2026 - 17:16
Bolqarıstanda Ümummilli Liderin 103-cü illiyi qeyd edilib08.05.2026 - 17:15
İslam mədəniyyətində birgəyaşayış təcrübəsi - beynəlxalq simpozium08.05.2026 - 17:06
Azərbaycanlı tələbələr Antalyada keçirilən teatr festivalında iştirak ediblər08.05.2026 - 17:05
BDU-da II respublika elmi konfransı: Dahi şəxsiyyət və müdrik lider08.05.2026 - 17:00
Mingəçevir Dövlət Universiteti dünyanın WURI 2026 beynəlxalq reytinqində ilk yüzlükdə yer alıb08.05.2026 - 16:55
AzTU ilə İtaliyanın Milano-Bikokka Universiteti əməkdaşlığı genişləndirəcək08.05.2026 - 16:45
“Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunın təqdimatı olub08.05.2026 - 16:35
Naxçıvanda Davamlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə aparılıb08.05.2026 - 16:25
BDU-da “Azərbaycan” auditoriyası açılıb08.05.2026 - 16:15
Bolnisidə Ulu Öndərin anadan olmasının 103-cü ildönümü qeyd olunub08.05.2026 - 16:05
“Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” - UNEC-də elmi-praktik konfrans08.05.2026 - 16:00
BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş konfrans08.05.2026 - 15:50